Ukraynada yüksək döyüş hazırlığı rejimi
Bizi izləyin

Dünya

Ukraynada yüksək döyüş hazırlığı rejimi

Ukrayna prezidenti Pyotr Poroşenko Mariupol şəhərində yüksək döyüş hazırlığı rejiminin tətbiq edilməsi barədə göstəriş verib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin xəbərində deyilir.

Dövlət başçısı Mariupolda 9 may hadisələrinin təkrarlanmasına imkan verməyəcəyini bildirib. P.Poroşenko Ukraynanın ölkəni qorumaq üçün kifayət qədər gücü olduğunu qeyd edib.

“Bütün ölkə yalnız sülh gözləyir. Biz buna görə də Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getdik. Amma Ukrayna gücləri bütün ölkənin olduğu kimi Mariupol şəhərin müdafiəsinə də cəsarətlə hazırlaşır”, - Poroşenko bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm