• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Timoşenko növbəti inqilaba hazırlaşır

  • Dünya
  • 9 Sentyabr 2014 07:14
  • 304 Baxış
Timoşenko növbəti inqilaba hazırlaşır

Novorossiya adlanan qurumun Xalq Cəbhəsinin lideri Aleksandr Zinçenko Batkivşina partiyasının sədri Yulya Timoşenkonun Ukraynada Yeni Maydan inqilabına hazırlaşdığını iddia edib.

Axar.az-ın Layf Nyus (Life News) telekanalına istinadən verdiyi xəbərə görə, o, Timoşenkonun bunun üçün ölkənin təhlükəsizlik orqanı əməkdaşları və güc strukturu nümayəndələri ilə danışıqlar apardığını dilə gətirib. Zinçenko deyib ki, keçmiş baş nazir həmin şəxslərə rüşvət də təklif edib. Onun sözlərinə görə, növbəti inqilab sürətlə regionlara yayıla və milyonlarla ölkə vətəndaşını birləşdirə bilər.

Batkivşina liderinin belə hədəfinin olduğunu Ali Radanın deputatı Yelena Bondarenko da təsdiqləyib.

Bəzi siyasi analitiklər isə Timoşenkonun təkrar siyasi olimpə qalxacağını real saymayıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR