• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avstriyadakı çeçenlər Ukraynaya savaşmağa gəlir

  • Dünya
  • 9 Sentyabr 2014 07:29
  • 463 Baxış
Avstriyadakı çeçenlər Ukraynaya savaşmağa gəlir

Kadırovçular və rus hərbçiləri ilə vuruşmaq üçün Avstriyada yaşayan mühacir çeçenlər Ukraynaya gəlir. Bu barədə məlumatı Evroua.com saytı yayıb.

Axar.az xəbər verir ki, İçkeriyanın sabiq xüsusi təyinatlısı Məhəmməd Şamayev bu barədə Avstriyanın "Die presse" qəzetinə danışıb. Onun sözlərinə görə, son üç həftədə onlarla həmyerlisi bu istəyini bildirib. Şamayev deyib ki, onların bir qismi artıq Ukraynadadır.

Xəbəri İçkeriya parlamentinin sabiq üzvü Hüseyn İsxanov da təsdiqləyib. O əlavə edib ki, gənclərə Suriyaya yox, Ukraynaya savaşmağa getməyi məsləhət görüb. Hər iki şəxs hazırda Ukrayna məsələsinin diaspor daxilində ən aktual müzakirələrdən biri olduğunu dilə gətirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR