Əl-Qaidə İŞİD-lə birləşir
Bizi izləyin

Dünya

Əl-Qaidə İŞİD-lə birləşir

İngiltərənin “Times” qəzeti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması haqqında yeni bir iddia yayıb.

ANS PRESS-in məlumatına görə, İraq Şam İslam Dövləti terror qruplaşması Əl-Qaidə silahlılarını öz sıralarına daxil etmək üçün hazırlıqlar görür.

Yaxın Şərqdə silsilə terror hadisələri və bir sıra cinayət tərkibli əməliyyatlar həyata keçirən İŞİD-çilər Əl-Qaidə silahlılarını da aralaraına qataraq beynəlxalq koalisiya qurmağa çalışırlar.

Terrorçu qruplaşma Pakistanın Pişəvər şəhərində 12 səhifəlik üzərində AK-47 model avtomat şəkli və “Zəfər” yazılan broşürlər paylayıblar.

İngilis qəzetinin yaydığı xəbərdə, kütləvi edam və baş kəsmə görüntüləri ilə Asiyanın cənubunda müəyyən təəssüratlar yaradan İŞİD-lə müqayisədə, Əl-Qaidənin artıq gündəmdə olmadığı və Talibandan ayrılan Camaat-ül Əhrar qruplaşmasının da İŞİD-ə dəstək verdiyi bildirilir.

Qeyd edək ki, Pakistan ordusunda bu terror qruplaşmasına qatılanların öldürüləcəyi xəbərdalığı edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm