”Mən olsam, çoxdan Kiyevi ələ keçirmişdim” – Video
Bizi izləyin

Dünya

”Mən olsam, çoxdan Kiyevi ələ keçirmişdim” – Video

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna hadisələrinə toxunub və atəşkəslə bağlı tərəflər arasında əldə olunan razılaşmanın daha çox rəsmi Kiyevə sərf etdiyini dilə gətirib.

Axar.az xəbər verir ki, o bu barədə Rusiyanın mərkəzi telekanallarından birinə müsahibəsində deyib.

Kadırovun sözlərinə görə, tərəflər arasında sözügedən sənəd imzalanmasaydı, böyük itkilər verən Ukrayna ordusu daha ağır faciələrlə üzləşərdi. O, qeyd edib ki, atəşkəsə razılıq həm də Ukrayna mərkəzi hakimiyyətinin məğlubiyyətinin sübutudur.

Kadırov bir qədər də irəli gedərək, bildirib ki, separatçıların yerinə olsaydı, çoxdan Kiyevi ələ keçirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm