Dünya
Ərdoğan -dini icma qarşıdurması Hollandiyaya sıçradı
Fəthullah Gülən camaatının Hollandiyada 100 tələbə yataqxanasının olduğunu açıqlayan “NOS 1” kanalının xəbərində “camaat qeyri-qanuni yataqxanalarda tələbə yetişdirir” deyilib.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hollandiya dövlət televiziyasında gedən bir xəbər proqramında F.Gülənlə bağlı 8 dəqiqəlik süjet verilib.
Proqramda camaatın Amsterdamdakı tələbə yataqxanaları deşifrə edilib. Bu yataqxanaların birində qalan türk gənc Denizhan Murat Uresinin danışdıqları isə ölkədə günün mövzusuna çevrilib. Gizli kameradan istifadə edən kanal camaat üzvlərinin danışdıqlarını və Gülənin bu yataqxanaların cavabdeh şəxsləri ilə görüşlərini tamaşaçılara çatdırıb. Xəbərin anonsunda isə “Gülən camaatı Hollandiyada qeyri-qanuni tələbə yataqxanaları işlədir. Bütün Hollandiyada ərazisində yerləşən qeyri-qanuni yataqxanalarda tələbələr ifrat dini məlumatlarla yetişdirilir” deyilir.
Amsterdam Domiscus Kollecinn tələbəsi Uresin “Oxuduğum məktəbdə türk müəllimlər var. Müəllim bir gün dərs zamanı yazı lövhəsinə camaat ilə bağlı bəzi şeylər yazdı. Bu üsullarla tələbələri özlərinə tərəf çəkməyə çalışırdılar. Bəzən dərsin ortasında camaat üzvlərindən sinif otağına gələnlər tələbələri özləri ilə yataqxanalara aparırdılar. Mən də oraya getdim. İlk olaraq Fəthullah Güləndən danışılır. Onunla bağlı kitablar paylanılır. Həmin evdə qalırsansa beş vaxt namazın qılınması məcburidir. Etmədiyiniz halda döyülə bilərsiniz. Xarici dünyaya sülhdən bəhs edirlər. Ancaq içlərinə daxil olanda bunun əksi ilə qarşılaşırsınız” deyib.Camaatın Amsterdamdakı müəllimlərindən Alper Alasağ Urenin danışdıqlarını təkzib edib.
Daha sonra Mehmet Ali adlı bir Türkiyə vətəndaşı telefonla Gülən camaatının Amsterdamdakı böyük qardaşlarından birinin 16 yaşındakı oğlunu camaat yataqxanalarından birinə yerləşdirmək istədiyini söyləyib. Xəbər proqramında Amsterdam və Den Haaqda 21, Rotterdamda isə 23, bütün ölkə ərazisində isə 100-dən çox tələbə yataqxanasının olduğunu bildirib.
Qeyd edək ki, Almaniyanın “Der Spiegel” jurnalı və “Welt am Sonntag” qəzeti dünənki saylarında Gülən camaatının bu ölkədəki fəaliyyəti ilə yazılar dərc etmişdi. “Der Spiegel” jurnalı Gülənin Almaniyada yaratdığı məktəblərlə Almaniyada “paralel quruluş” meydana gətirdiyini bildirmişdi.
“Welt am Sonntag” qəzeti Gülən hərəkatının Almaniyada 50 özəl məktəb və 300 “İşıq evi”nin olduğunu qeyd etmişdi.
Ömər Dağlı
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR