Dünya
Özbəkistan prezidentinin qızına cinayət işi açıldı
"Özbəkistanın Baş Prokurorluğu Kərimova soyadlı biri barədə cinayət işi açaraq onun haqqında axtarış elan edib. Söhbət ölkə prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovadan gedir”.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən məlumat verir ki, bu xəbər Özbəkistan Baş Prokurorluğu tərəfindən də təsdiqlənir.
Baş Prokurorluğun yaydığı məlumata görə, “mütəşəkkil cinayətkar dəstənin üzvləri 2011-2013-cü illər ərzində sahibkarlıqla məşğul olmaq adı altında təsərrüfat fəaliyyəti sahəsində sistemli surətdə cinayətlər törədib, şantaj, sənədlərin saxtalaşdırılması və talançılıq yolu ilə dövlətə xüsusilə böyük məbləğdə maddi ziyan vurublar”.
Özbəkistan Baş Prokurorluğu daha sonra bəyan edir ki, cinayətkar dəstə on milyardlarla som (özbək valyutası) dəyərində olan dövlət aktivlərini ucuz qiymətə satın alaraq dövlət əmlakına qanunsuz yollarla sahiblənib: “Cinayətkar dəstənin hazırda Özbəkistanda olan üzvlərinin 457 milyard som (190 milyon dollar) dəyərindəki əmlakı dövlət nəfinə geri alınıb”.
Baş Prokurorluğun bəyanatında deyilir ki, dəstə üzvləri “Özbəkistan hava yolları”, “Coca Cola İçimliyi Özbəkistan Ltd.” kimi şirkətlərin aktivlərinin qiymətini aşağı salmaqla dəyər-dəyməzinə alıblar.
Yada salaq ki, Baş Prokurorluğun yaydığı məlumatda şübhəli şəxs kimi Rüstəm Madumarov və Qayane Avakyan adlı iki nəfərin də adı hallanır. Onlar prezident İslam Kərimovun ailə üzvləri ilə münasibətləri bir neçə ildir gərgin olan böyük qızı Gülnarə Kərimovanın yaxın ətrafına daxildir.
Özbəkistan Baş Prokurorluğunun G.Kərimovaya cinayət işi açması xəbəri digər mənbələrdən də təsdiqlənib.
“Həqiqətən də, burada söhbət prezidentin qızı Gülnarə Kərimovaya cinayət işi açılmasından gedir” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə “RİA Novosti”yə açıqlamasında deyib.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ