İsrail kəşfiyyatı Türkiyəyə məlumat ötürür
Bizi izləyin

Dünya

İsrail kəşfiyyatı Türkiyəyə məlumat ötürür

Qərb diplomatlarından biri İsrailin İraq İslam Şam Dövləti ilə bağlı kəşfiyyat materiallarını, həmçinin peyk çəkilişlərini ABŞ-a ötürdüyünü iddia edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məhz bu məlumatları analiz etdikdən sonra ABŞ İŞİD mövqelərini bombalayır.

Mənbə bildirir ki, İsrail kəşfiyyatı bu məlumatları ABŞ-ın regiondakı başlıca müttəfiqi Türkiyəyə də ötürür.

Məsələ ondadır ki, İsrail peykləri ABŞ peyklərinə nisbətən başqa xətt üzrə uçurlar. Onlardan alınan fotoçəkilişlər daha aydın və daha dəqiq olur.

Aviazərbələr endirildikdə isə məlumatların və çəkilişlərin dəqiq olması başlıca şərtdir.

İsrailin Müdafiə Nazirliyi isə məsələni nə təkzib, nə də təsdiq edib. İsrail elə əvvəldən də İraq İslam Şam Dövlətinə qarşı əməliyyatlarla bağlı dəstəyini əsirgəməyəcəyini gizlətmirdi.

Sentyabrın 8-də beynəlxalq konfransda çıxış edən İsrail Müdafiə naziri Moşe Yalon bəyan etmişdi ki, demokratik dünya İŞİD-ə qarşı birgə mübarizə aparmalıdır. Bununla yanaşı, nazir Qərbi qəti addımlar atmamaqda suçlamışdı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm