“HƏMAS, intiqam al”
Bizi izləyin

Dünya

“HƏMAS, intiqam al”

Şərqi Yerusəlimdə dünən 16 yaşlı Məhəmməd Əbd Əl-Məcidin dəfni keçirilib.

Yeniyetmə Vadi Əl-Coz rayonunda mitinq zamanı israillilər tərəfindən öldürülüb.

İsrail polisinin rəsmi məlumatına görə, Məhəmməd Əbd Əl-Məsid icazəsiz mitinqdə iştirak edib. Qarşıdurma zamanı israilli polislər mitinqçilərə rezin güllələrdən atəş açıblar.

Güllələrdən biri yeniyetmənin ayağından dəyib. O, müvazinətini itirərək yıxılıb. Başı daşa dəyib və aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.

Fələstin informasiya agentliyi – “Man” ölən yeniyetmənin atasından müsahibə alıb. O bildirib ki, oğlu mitinq keçirilən ərazidən təsadüfən keçirmiş. Məhəmməd mobil telefonla danışarkən polislər ona atəş açıb. Maraqlıdır ki, onlar, adətən, belə hallarda olduğu kimi, oğlanın ayağını deyil, başını hədəfə alıblar.

Məhəmmədin dəfn prosesinə bir neçə min insan qatılıb. Çoxları hüzürə HƏMAS bayrağı ilə gəlib. Onlar “HƏMAS, intiqam al” çığıraraq antiisrail şüarlar səsləndiriblər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm