İŞİD-in seks köləsi etdiyi qızdan qorxunc etiraflar
Bizi izləyin

Dünya

İŞİD-in seks köləsi etdiyi qızdan qorxunc etiraflar

Sincar dağında İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən qaçırılan 17 yaşlı bir qız İtaliyanın “La Repubblica” qəzeti ilə əlaqə saxlayaraq yardım istəyib. İŞİD-in seks köləsi etdiyi gənc qız nələr yaşadığını danışıb.

Publika.az “Hurriyət”ə istinadən xəbər verir ki, İŞİD terror təşkilatı tərəfindən qaçırılan və seks köləsi kimi istifadə edilən yezidi gənc qız yaşadıqlarını İtaliya mətbuatına danışıb. Təxminən özü kimi 40 yezidi qadının arasında olan 17 yaşlı gənc qız “La Repubblica” qəzeti ilə telefonla danışaraq qorxunc bilgilər verib. O, terror təşkilatı tərəfindən qaçırılan qadınların aqibəti ilə əlaqədar dəhşətli mənzərəni canlandırıb. Adının çəkilməsini istəməyən, şərti adı “Mayat” olan gənc xanım deyib: “Yalvarıram, adımı yayımlamayın. Çünki mənə etdiklərindən çox utanıram. Bir tərəfdən ölmək istəyirəm, ancaq digər tərəfdən də xilas olunacağıma, ailəmə qovuşacağıma inanıram”.

Mayat deyir ki, İŞİD tərəfindən qaçırılan yezidi qadınlar hər gün mütəmadi olaraq cinsi istismara məruz qalırlar. Terror təşkilatı qaçırdığı qadınları bir binaya aparır. Bu binanın qapısında silahlı adamlar dayanır. Yaraqlılar burada əsir tutduqları qadınlara mobil telefon verərək, ailələrinə zəng edib yaşadıqlarını danışmağa məcbur edirlər. Əslində, mətbuata da xəbər belə sızıb. Belə ki, Mayatı da həmin binaya aparıblar və məcburən ailəsinə zəng edərək nələr baş verdiyini danışmasını istəyiblər. Mayatın da ailəsi bunu mətbuata sızdırıb:

“Özlərini supermen zənn edirlər. Amma hamısı ürəksiz insanlardır. Yanlarında körpələri olan qadınlara belə təcavüz edirlər. Burada hələ 13 yaşı belə tamam olmayan qızlar var. Onlara da təcavüz edirlər. Bunların hamısını bir binanın damında edirlər. Damı təcavüz yerinə çeviriblər. Bu damda qadınlar mütəmadi olaraq gündə üç dəfə fərqli qruplar tərəfindən təcavüzə uğrayır”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm