Sarkisyana qarşı bir saatlıq aclıq aksiyası
Bizi izləyin

Dünya

Sarkisyana qarşı bir saatlıq aclıq aksiyası

“Milli öz müqəddəratını təyin etmə” birliyinin sədri Paruyr Ayrikyan 7 sentyabr tarixindən aclıq aksiyasına başlayıb. Prezidentliyə keçmiş namizəd prezident Serj Sarkisyanın istefasını tələb edir. Aksiyanın konkret müddəti də yoxdur, çünki P.Ayrikyan prezidentin öz postunu tərk edənədək aksiyanı davam `etdirmək niyyətindədir.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, prezidentliyə keçmiş namizəd 3 sentyabrda Sarkisyanın istefası ilə bağlı tələbini prezident administrasiyasına verib.

Bu tarix isə təsadüfən seçilməyib. Belə ki, 3 sentyabrda Sarkisyanın məşhur Moskva bəyanatının verilməsinin düz bir ili tamam olub. Bir neçə ildir ki, Avropa Birliyi ilə assosiativ saziş haqqıda danışıqlar aparan Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə qapalı görüşdən çıxan kimi Gömrük Şurasına qoşulmaq istədiyini bildirmişdi.

P.Ayrikyanın sözlərinə görə, silahdaşları onu aclıq aksiyası keçirmək fikrindən daşındırmaq istəyiblər. Ona bildiriblər ki, Ermənistanda aksiyasının bu forması artqı qiymətdən düşüb. Ancaq siyasətçi fikrindən daşınmayıb. “Serj Sarkisyan prezidentliyi dövründə Ermənistanı müvəffəqiyyətsizliyə uğradı. Bunu cəmiyyətə də nümayiş etdirmək lazımdır. Onun yeddi il ərzində hakimiyyətdə olması ilə olmaması arasında heç bir fərq yoxdur”, - o bildirib.

Ayrikyan prezidenti Avrasiya İqtisadi İttifaqı ilə bağlı siyasətinə görə ittiham edir. Onun sözlərinə görə, Sarkisyan “səhv”ini hakimiyyəti Avropa meylli qüvvələrə verməklə düzəltməlidir.

Xatırladaq ki, bu, Ayrikyanın Ermənistan hakimiyyətinə qarşı keçirdiyi ilk etiraz aksiyası deyil. O, bundan əvvəl də Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük Şurasına üzvlüyünə etirazını bildirərək müxtəfif formalarda etiraz aksiyaları keçirib.

İndi keçirilən aclıq aksiyasının fərqi isə odur ki, bu aksiya hər gün saat 17:00-dən 18:00-ə qədər davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm