BBC-də hədəf olaraq Moskvanı göstərdi
Bizi izləyin

Dünya

BBC-də hədəf olaraq Moskvanı göstərdi

Şahidlər Ukraynanın Donetsk vilayətində “Boinq-777” sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə Rusiya hərbçilərinin idarə etdiyi “Buk” zenit -raket kompleksini görüblər.

Publika.az-ın verdiyi bu barədə BBC telekanalı bildirib.

Telekanalın həmsöhbətinin sözlərinə görə, “Buk” zenit -raket kompleksinin ekipajı tipik rus aksenti ilə danışırdı. Onlar terrorçuların, nə də Ukrayna hərbçilərinin istifadə etmədiyi başqa forma geyinmişdilər. Moskva isə hələ ki, rəsmən BBC-nin jurnalist araşdırmasının nəticələrini şərh etməyib.

Ukrayna hakimiyyətinin məlumatına görə, Amerika kəşfiyyatı da “Malayziya hava yolları”na məxusu təyyarənin Rusiyadan gətirilən “Buk” zenit-raket sistemi ilə vurulduğunu təsdiqləyib. Beynəlxalq ekspertlər qrupunun separatçılar tərəfindən uzun müddət qəza baş verən əraziyə buraxılmaması da şübhələri artırırdı. Bir sıra müşahidəçilərə görə, bu onların cinayətdə iştirakını göstərən sübutları gizlətmək məqsədi daşıyırdı.

Niderlandın təhlükəsizlik məsələləri üzrə administrasiyası bu gün avialaynerin qəzası ilə araşdırılmaların ilkin nəticələrini açıqlayacaq.

Xatırladaq ki, sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpa uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvü olub. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzlənməsinə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi sözçüsü Andrey Kartapalov və Rusiya Hərbi Hava Qüvvələrinin baş qərargah rəisi Makuşev laynerin qəzaya uğraması ilə bağlı bir müddət əvvəl yeni faktlar açıqlayıblar. Bildirilib ki, “Boinq-777” qəzaya uğrayarkən onu Ukraynanın “SU-25” qırıcı təyyarəsi müşayiət edib. Bu zaman onların arasındakı məsafə 5 kilometr olub. Kartapalov jurnalistlərə “Bu məsafədən isə SU-25 qırıcılarındakı “hava-hava” tipli raketlərlə mülki təyyarəni vurmaq mümkün idi. Niyə hərbi qırıcı mülkü avialaynerlə eyni hava dəhlizində olub” sualı ilə müraciət edib.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın 4 “Buk-M1” zenit-raket divizionu var. Hadisə günü həmin komplekslərin yerdəyişməsi qeydə alınıb.

ABŞ isə iddia edir ki, hərbi peyk özünümüdafiə dəstələrinin Malayziya təyyarəsinə raket atdığı anı çəkiblər. Amerika kəşfiyyatı “torpaq-hava” tipli raketin uçuşunu qeydə alıb. Bu tip raketlər həm üsyançılarda, həm də Ukrayna ordusunda mövcuddur.

Ukrayna tərəfi isə iddia edir ki, sərnişin təyyarəsini vuranlar izi itirmək üçün raket qurğusunu ölkə ərazisindən çıxarıblar. Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko deyib ki, separatçılar zenit-raket qurğusu olan “Buk”u Rusiyaya keçiriblər. A.Qeraşenko deyib ki, bu məlumatlar Ukrayna kəşfiyyatı tərəfindən əldə edilib: “Son məlumata görə, ”Buk" Rusiyada məhv ediləcək. Bu terroru törədənlər də aradan götürüləcək. Təyyarənin “qara qutu”su isə Luqanskda saxlanılır. Bunun özü də məsələdən Rusiya prezidenti Putinin xəbərdar olmasını göstərir".

Xatırladaq ki, təyyarə vurulandan dərhal sonra rusmeyilli separatçılar öz aralarında danışıqlar apararaq təyyarənin vurulması ilə bağlı məruzələr ediblər. Bu danışıqlar da Ukrayna dövləti tərəfindən mətbuata ötürülüb. Rusiya prezidenti Vladimir Putin mülki təyyarənin vurulmasından sonra açıqlama verərək, faciədə Ukrayna dövlətinin günahı olduğunu açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm