“Gülən icması üzərində idarəçiliyin bir hissəsini itirib” - İDDİA
Bizi izləyin

Dünya

“Gülən icması üzərində idarəçiliyin bir hissəsini itirib” - İDDİA

Dövlət qurumlarında İsgəndərpaşa camaatına mənsub olmaq ayrı xüsusiyyət idi. Bu camaat bir gün “Milli görüş” lideri mərhum Ərbakanla davaya başladı. Partiyadan kimin dediyi olacaq davası böyüdü. Nəticədə dava siyasətə qarışdı. O böyüklüyündə olan camaat

“Zaman” qəzetinin yazarlığından Makedoniya təmsilçiliyinə, camaat imamlığından tələbə yataqxanalarına qədər camaatın hər sahəsində vəzifələr yerinə yetirmiş Selim Çoraklı 1999-cu ildə Gülən icması ilə yollarını ayırıb. Etirazlarını bir məktubla Fətullah Gülənə bildirərək 15 ildir susan Selim Çoraklı səssizliyini pozdu.
12 sentyabr hadisələrində ziyan görənlərdən olan S. Çoraklı 1980-ci illərin sonlarında Fətullah Gülən camaatı ilə tanış olur. “Sızıntı” və “Yeni Ümid” jurnalı, həmçinin “Zaman” qəzetində yazarlıqdan Universitetdə məsul şəxs, alış-veriş xidmətləri imamlığından Makedoniyada “Zaman” qəzetinin təmsilçiliyinə qədər camaatın bir çox sahəsində yüksək postlarda yer alan alıb.

1997-ci il 28 fevralında yaşanan postmodern çevriliş zamanı camaatın sürətlə dəyişən mövqeyindən narahat olur və 40 maddədən ibarət etirazlarını F. Gülənin özünə çatdırır. Bütün cəhdlərinə rəğmən tez-tez dəyişən camaatın mövqeyinin önünə keçə bilməyəcəyini anladıqda ayrılma qərarı verir. Camaatda könüllü və səmimi mübarizə dostlarına zərər vurmamaq və bir “etirafçı” kimi tanınmamaq üçün 15 il boyunca susub. 17 dekabr hadisələrindən sonra keçmiş mübarizə dostlarına son bir çağırış etmək üçün danışmağa qərar verib. İlk dəfə ictimaiyyətin önünə çıxan S. Çoraklı xidmət hərəkatında yaşanan uçurumları, paralel dövlətin təşkilatlanmasını, camaata bağlı medianı və bu siyasi böhrandan çıxış yollarından bəhs edib.

Publika.Az Selim Çokarlının türk mediasına müsahibəsini təqdim edir.

-Gülən camaatı ilə necə tanış oldunuz?

-Fətullah Gülənin adını 1980-ci ildən də əvvəl bilirdim, lakin camaatla 1983-cü ildə tanış oldum. 1986-cı ildə yazdığım bir yazı ilə bağlı Risale-i Nur təbliğatı iddiası ilə 163-cü maddəsi ilə İzmir Məhkəməsi tərəfindən 4 il 7 ay həbs cəzası aldım. 7,5 ay həbsdə qaldıqdan sonra təxliyə edildim. Hakim cəzamı təsdiqlədikdən sonra qaçaq həyatım başladı. O dövrdə Fətullah Gülənə nə edim deyildiyində “Təslim olma, tutulsan qədərdir deyə yatarsan” demişdi. O dövrdə qaçaq kimi gəzəndə Camal Doğan adından istifadə edirdim. Həmin vaxt camaata yaxın İzmirdəki “Sızıntı” və “Yeni Ümid” jurnallarında çalışdım. “Zaman” qəzetinə də yazılar göndərirdim. Ayrıca universitet xidmətlərində, bölgə xidmətlərində və tələbə yetişdirən qurumlarda da çalışdım. Xidmətin hər sahəsində işlədiyimi deyə bilərəm.

Camaat 1988-ci ildə “Zaman” qəzetini aldıqdan sonra mən də “Zaman”da yamağa başladım. Rəhmətlik Özal dönəmində 163-cü maddə ləğv edildi, beləliklə mənim də cəzam ləğv edildi. Artıq Camal Doğan deyil, öz adımla Selim Çokarla fəaliyyətimi davam etdirdim.

-Xidmətdə bu qədər iş görərkən nə üçün camaatdan ayrıldınız?

-1997-ci ilin 28 aprel olayları ilə Gülən camaatında sürətlə dəyişilməsi başladı. İslamla bağlı bəzi məsələlərə barmaqarası yanaşılırdı, xüsusilə qızlarımızın başlarının örtməsi məsələsinə laqeydlik göstərilirdi. Bunun üçün də Gülən və camaatın yanlış hərəkətləri ilə bağlı fikirlərimi ortaya qoydum. 1997-ci ildə “Senzurasız yazılar” kitabımı çap etdirdim. O kitabda zaman qəzetində senzura qoyulan yazılarım yer alırdı. Detalları barədə danışmağım uzun vaxt çəkər. O dövrdə bəzi şeyləri gördüyüm üçün ümumi olaraq camaatdan ayrılmağa qərar verdim deyə bilərəm. 1999-cu ilin 21 fevralında işlədiyim “Zaman” qəzetindən ayrıldım.

-Camaat daxilindəki köhnə tanışlarınız, dostlarınız, tələbələriniz haqqında bu gün nə düşünürsünüz?

-Bunu açıq şəkildə deyə bilərəm ki, camaatın 95 faizi doğrudan da gözəl insanlardır. Yəni küçədəki insanlarla qarşılaşdığında paklığına görə əli-ayağı öpüləcək insanlardır. Onlar İslam üçün nələrsə etmək istəyindədirlər. Lakin təəssüf ki, 5 faizdən ibarət bir qrupla bağlı eynin sözləri demək çətindir. Xidmətlə əlaqəsi olmayan, bu işin əziyyətini görməmiş insanlar xidmət adı ilə qərarlar verir, fitnə yayır, siyasətə istiqamət verməyə, polis-məhkəmə çevrilişləri etməyə çalışırlar. Anadolu insanının səmimiyyətini başqa yerlərdə satacaq dərəcədə oyunlar oynayırlar.

-Son üz ayda “paralel dövlət” ya da “paralel quruluş” kimi yeni düşüncələr ortaya çıxdı. Bu paralel quruluş nədir ?

-Hüquq sistemindən kənarda hər bir quruluşu “paralel quruluş” hesab etmək olar. Siyasətin məsuliyyətini anlamadan siyasətə, dövlət idarəçiliyinə qarışmaq, istiqamət vermək, polisə, məhkəməyə, dövlət qurumlarına hakim olmağa çalışmaq “paralel quruluş”un əlamətidir. Camaatın quruluşuna gəlincə, inkar etsələr də paralel bir quruluş var. Ən təpədə Fətullah Gülən, onun altında ölkə imamları, şəhər imamları, mahal imamları və mənim də 33 yaşıma qədər yaşadığım dərshanə (İşıq evləri) imamları var. Camaatın bu cür qurulması istər-istəməz hər bir qrup öz-özünə təşkilatlanmağa başladı. Universitetlər öz aralarında, liseylər öz aralarında, əsgər xidmətləri, polis, ədliyyə, ümumiyyətlə hər bir xidmət öz içində birləşməyə başladı.

-Polis və məhkəmədə də belədir?

-O vaxtlarda təşkilatlanma belə idi: Hər birliyin öz içində bir imamı var. Misal üçün, polis kollecləri, polis məktəbləri var. Xüsusilə polis və hərbi xidmətlərdə bir qədər hücrə tipli təşkilatlanma var idi. Onsuz da 1986-cı ildə bir qəzet Gülən camaatı ilə bağlı manşetlər yazmışdı. O zamanlar camaat ciddi bir zərbə almışdı. Ondan sonra daha ciddi bir hücrə tipli təşkilatlanma başladı. Yəni bir hücrə ifşa olarsa, o biri hücrənin xəbəri olmasın. Camaata mənsub bir mütəxəssis bir əsgərlə, ya da bir polislə maraqlanırdı. Uzaq başı 2, yaxud 3 polislə maraqlanır və eyni evdən istifadə etmirlər. Xüsusilə ticarətçi evlərindən istifadə edirlər.

-Bu təşkilatlanmanın gələcəkdə idarədən çıxdığını düşünürsünüzmü?

-Mənə görə Gülən Amerikada qalmaqla camaat idarəçiliyin bir hissəsini itirdi. İdarəni itirdiyi üçün camaatın içindəki “dərin damar” fərqli qruplar təşkil etdi. Bu fərqli birliklər zaman keçdikcə böyüdü. Misal üçün, mən 1996-cı ildə 40 maddədən ibarət “Camaatın qırılma nöqtələri” deyə bir raport hazırlayıb Fətullah Gülən və camaatın rəhbərliyində olanlara göndərmişdim. Bu raportda camaat içindəki qruplaşmanın bir-birilərini dinləmədiklərini və ya o təşkilatların başında dayananların eqoizmləri artdıqca gələcəkdə problemlər yaşanacağını bildirmişdim. Sonradan belə də oldu. O dövrlərdəki qruplaşmalar dərin təşkilatlara çevrildi.

-Kemalettin Özdemirin Gülən camaatından ayrılmasını da belə dəyərləndirmək olar?

-Bu daha fərqli məsələdir. Kemalettin Özdemir camaat içində dərin bir təşkilat qurmadı. Sadəcə Fətullah Gülənin yerinə göz dikdi. K. Özdemir polis xidmətlərinin uzun illər imamlığını etdi. Deyə bilərəm ki, polis xidmətləri onun sayəsində belə səviyyəyə qalxa bildi. Özü hədis professorudur. “Biz də xocayıq” dedikdən sonra problemlər başladı. F. Gülən heç vaxt şərik qəbul etməz.

-Baş qaldıran ilk və tək şəxs Kemalettin Özdemirdimi?

-Xeyr. Camaat içində özünə güvənən şəxslər zaman-zaman baş qaldırmağa başladı. Gülənin dost hesab etdikləri, ən yaxınındakılar bu müddət ərzində onu tərk etdi. İlk baş qaldıran şəxs isə Gülənin ilk tələbələrindən olan Latif Erdoğandır. Xidmətin hər mərhələsində çalışan L. Erdoğan bu gün tamamilə camaatdan ayrılıb. Uzun müddətdir ki, “Akit” qəzetində yazılar yazır. Hətta Gülən camaatını tənqid edən yazılar da yazıb o qəzetdə. “Zaman” qəzeti indi F. Gülənin ilk tələbəsi olan və xidmətin bütün əziyyətini çəkmiş L. Erdoğanı hədəfə alıb. Həm də bunu L. Erdoğanın ailəsindən istifadə edərək həyata keçirirlər. Nə deyə bilərəm ki, çox təəssüf.

-Kemalettin Özdemirin camaatdan ayrılması necə baş verdi?

-K. Özdemirin polis xidmətlərinin içində nüfuzu artınca “zərərli olam bilər” qorxusu ilə o vəzifədən çıxarıldı və Afrikaya imam olaraq göndərildi. Afrikadakı xidmətlərin ciddi bir hissəsində ciddi nüfuz qazandı və böyüməyə başladı.

Gülənin avtoritar şəxsiyyəti istər-istəməz özünün iqtidarını sarsıda biləcək insanların qarşısını kəsdi. K. Özdemir olayı belə olub. Camaat onsuz da bunu öz mətbuat orqanlarında yazdı. Ona qədər böyük qardaş dedikləri K. Özdemir “xain” elan edildi. K. Özdemir Bediüzzaman Said Nursinin tələbələrindən olan Said Özdemirin oğludur və tanıdığım qədər həyalı bir şəxsdir. Yanında qadından, qızdan danışanda üzü qızarır. Onun belə qadınla görüntülərini yaydılar. Bu dərin quruluş deməli, bu qədər çirkinləşib. Bir quruluş özü yetişdirdiyi dəyərləri yeməyə başlayarsa, o yıxılmağa doğru gedir.

-Hanefi Avcı da bu quruluşun xüsusilə polis təşkilatında güclənməsini təmin edən şəxslərdən sayılır. Lakin onun da camaatla yolları ayrıldı.

-Hanefi Avcı camaatın polis içində, xüsusilə kəşfiyyat və texniki təqib bölmələrində kadrlaşmasının baş təmsilçi idi, bunu özü də etiraf edir. Mən olayların bura qədər gələcəyini yazmışdım. H. Avcının həbs edildiyi günlərdə “Hanefi Avcı icmadaxili müharibənin qurbanımı oldu” deyə bir yazı yazmışdım. Polis içindəki təşkilatlanmanın irəlidə idarədən çıxacağı, AKP ilə problemlərin çıxmasına səbəb olacağını bildirmişdim. Məncə, onun işi məhkəyə yenidən çıxarılmalı və qısa zamanda azad olunmalıdır.

-Camaatın içindəki “dərin damar”ın sayı və gücü nə qədərdir?

-Əvvəlcə bunu deyim ki, bu “dərin damar” polis içində də ola bilər, yaxud məhkəmə və medianın içində. “Dərin damar” əməliyyatlarına 1996-cı ildə başladı. Mən Gülənə yazdığım raportda bunları yazmışdım. Camaatdakı MİT əməliyatları bu maddələrdən biridir.
-Hər şeyin dərshanələrin bağlanması ilə başlandığı deyilir. Əslində dərshanələrin bağlanması AKP-nin azadlıq çabalarında var. Baş nazir “dərshanələri bağlayacağıq” deyəndə F. Gülənə məlumatlar çox fərqli getdi. 28 fevral hadisələrində də 5 qat üstünə qoyaraq fərqli məlumatlar gəlirdi. Bir qorxu atmosferi yaradılırdı. Bu gün də eyni vəziyyət yaradılır. Güləni təhrik edərək iqtidarla mübarizə fitilini alışdırdılar.
“Dərshanələr namusumuzdur” deyən camaat yazarlarının, sosial media qəhrəmanlarının, televiziya şərhçilərinin bu gün dərshanələri dilə gətirməməsi sizə normal gəlirmi? Nə oldu, dərshanələr məsələsi çox əhəmiyyətli idi bəs? İqtidarı məhv etməyə qərar vermiş bu dərin təşkilat dərshanələr məsələsini bir SOS, bir vasitə, bir alət kimi istifadə etdi.

-17 dekabr əməliyyatlarının arxasında camaatın olmadığını deyənlə camaat yazarları da var. Siz nə düşünürsünüz?

-Bir-bir adlarını çəkərək insanları çətin vəziyyətə salmaq istəmirəm. Ancaq bunu açıq deyim ki, 17 dekabr çox açıq şəkildə paralel təşkilatın əməliyyatı idi. Bu sözləri deyən eyni camaat yazarları həm də “camaat prokurorları, polisləri olmasaydı, “Ergenekon” və “Balyoz” əməliyyatları olmazdı” sözlərini də deyirlər. O prokurorlarla bu prokurorlar eyni deyilmi? “Ergenokon” istintaqını camaat prokurorları açdı deyib 17 dekabr əməliyyatı ilə əlaqəmiz yoxdur demək necə olur?

Bir sualım da var onlara: dərshanələrin bağlanması gündəmə gəlməsəydi, AKP iqtidarı sizə sərhədsiz imkan yaratsaydı 17 dekabr əməliyyatı olardımı? Türkiyədə buna “bəli olurdu” deyəcək tək bir insan vardımı, mənim üçün maraqlıdır. Gerçəklər bu qədər açıq şəkildə ortada olduğu halda ekrana çıxıb “bizim 17 dekabr əməliyyatı və 7 fevral MİT əməliyyatı ilə əlaqəmiz yoxdur” demələri ikiüzlük və səmimiyyətsizlikdən başqa bir şey deyil. 17 dekabr əməliyyatı baş nazir Ərdoğanı hədəfə alıb və ölkəyə böyük ziyan vurub.

-Telefon danışıqlarında və bəd dua çıxışında F. Gülənin Ərdoğana çox hirsli olduğunu görürük. Sizcə bu hirsin səbəbi nədir?

-“Mavi Mərmərə” olayında İsrail kimi bir terror dövlətini, qatil bir dövləti haqlı sayan Gülən nə üçün müsəlman bir baş naziri qəbul edə bilmir? 28 fevral vaxtlarında Çevik Birə “Şərəfli general gəl bizim məktəblərimizi şərəfləndir, məktəbləri sənə verək” deyən Gülən baş nazirə nə üçün eyni sözü söyləmədi? Gülən “hörmətli baş nazirimiz eyni qibləyə üz tuturuq, Allahımız, peyğənbərimiz birdir, dərshanələr sənə qurban olsun” desəydi bəlkə də onlar bağlanmazdı, bunlar yaşanmazdı, etibar itməzdi. Yaxşı bunu nə üçün etmədi?Çünki camaatın içində “dərdin damar” Güləni manipulyasiya etdi. Camaatın AKP iqtidarını devirəcək gücü olduğunu Gülənə inandırdılar. Gülən də böyük bir risk edərək iqtidara hücuma keçdi və bu əməliyyat hər baxımdan uğursuz oldu.

-Gülən səhv etdiyini anlayıbmı sizcə?

-Məncə anlayıb. Bəd dua videosu məncə dekabrın 22-də yayımlanmışdı. 22 dekabrdan bu yana herkul.org saytında heç bir yeni videosu yayımlanmayıb. F. Gülən yanlış yönləndirildiyini anladı. 40 illik xidməti əməliyyatçıların əlində oyuncaq etdilər, məhv etdilər...


-Sizcə camaat-AKP davasını kim qazanacaq?

-Baxın, 1980-ci illərdə İsgəndərpaşa camaatı var idi. Televiziyası, qəzeti, məktəbləri, tələbə yataqxanaları, radiosu, xəstəxanası, nəşriyyatları, dərnəkləri, vəqfləri, turizm şirkətləri, inşaat və avtomobil salonları var idi. “İslam dərgisi” adlı gözəl bir jurnal çıxarırdılar. Bu jurnal 100 min tirajdan artıq satılırdı. Bu camaat üçün “Görünməyən universitet” kitabları yazıldı. Dövlət qurumlarında İsgəndərpaşa camaatına mənsub olmaq ayrı xüsusiyyət idi. Bu camaat bir gün “Milli görüş” lideri mərhum Ərbakanla davaya başladı. Partiyadan kimin dediyi olacaq davası böyüdü. Nəticədə dava siyasətə qarışdı. O böyüklüyündə olan camaat iki hissəyə ayrılıb yox olub getdilər. “Milli görüş”dən gələn AKP isə bu gün hələ də iqtidardadır. Siyasət-camaat davalarının qalibi həmişə siyasət olub. Bu gün də belə olacaq. Camaat bunu başa düşməli və “zərərin yarısından dönmək də xeyirdir” deyərək davanı dayandırmalıdır.

Bu davanın bitməsi Gülənin iki dodağının arasındadır. İstəsə bir açıqlama verərək davanı bitirə bilər. Əgər bu davanın Güləndən də yuxarı beynəlxalq ölçüsü yoxsa, Gülən bunu edə bilər. Məncə xidmət bundan sonra da əvvəlki şəkildə insan yetişdirməyə davam etməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm