Prezidentin köməkçisi: “Donbasın yalnız üçdə birinə xüsusi status veriləcək”
Bizi izləyin

Dünya

Prezidentin köməkçisi: “Donbasın yalnız üçdə birinə xüsusi status veriləcək”

Donbas hövzəsinin yalnız üçdə birinə Ukraynanın tərkibində “xüsusi status” verilə bilər.

Publika.az-ın “RBK-Ukrayna“ xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Yuri Lusenko bildirib.

O qeyd edib ki, “xüsusi status” veriləcək əraziyə mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazi daxil deyil.

“Üçtərəfli əlaqə qrupu tərəfindən Milnskdə qəbul edilmiş protokolda aydın şəkildə bu göstərilib. Söhbət iki vilayətin xüsusi statusundan getmir. Orada aydın şəkildə yazılıb ki, vilayətlərin Ukrayna hakimiyyətinin nəzarətində olan hissələrindən söhbət getmiur”, - “Pyotr Poroşenkonun Bloku” Partiyasının lideri Yuri Lusenko deyib.

Ukrayna prezidentinin köməkçisinin sözlərinə görə, “xüsusi status”u Donetsk və Luqansk vilayətlərinin bəzi rayonları alacaq. O bildirib ki, Minsk protokolunda Ukraynanın bütöv olduğu göstərilib: “Hətta müvəqqəti olaraq bizim nəzarətimizdə olmayan rayonlar onsuz da Ukraynanın bir hissəsidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm