Xamneyi şiə-sünni davasından danışdı
Bizi izləyin

Dünya

Xamneyi şiə-sünni davasından danışdı

“Bəzi qruplar şiə və sünnilər arasında nifaq salırlar”.

Axar.az İranın Aran radiosuna istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Ali Dini lideri Ayətullah Xamneyi çıxış edib.

O, şiələrlə sünnilər arasındakı savaşlardan təəssüf hissi keçirtdiyini bildirib:

“Təəssüflər olsun ki, bu gün regionun bəzi nöqtələrində fəaliyyət göstərən kənar qüvvələrin iştirakı ilə günahsız şəxslər həyatlarını itirirlər. Amma bu, hələ ən böyük səhv demək deyil. Doğrudur, o da böyük cinayətdir, amma hazırda ən böyük təhlükə şiə və sünni qruplarının bir-birinə qarşı düşmən edilməsidir. Bu, çox böyük təhlükədir. Biz belə nifaqın qarşısını almalıyıq. Hər iki tərəf ehtiyatlı olmalıdır. Bunu ölkədə yaşayan hər kəs bilməlidir. Bu, həm sünnilərə, həm də şiələrə aiddir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm