• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyəyə qarşı "soyuq müharibə": Liberman diplomatlara nə deyib?

  • Dünya
  • 9 Sentyabr 2014 16:17
  • 560 Baxış
Türkiyəyə qarşı "soyuq müharibə": Liberman diplomatlara nə deyib?

İsrailin müdafiə naziri Moşe Yaalon ölkəsində keçirilən terrorla mübarizə üzrə konfransda Türkiyənin siyasətini kəskin tənqid edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir Türkiyəni HƏMAS-a, bütövlükdə beynəlxalq terrora dəstək verməkdə ittiham edib.

“Bu terrordur və konkret hədəfləri var. Onun kimə qarşı olmasının heç bir fərqi yoxdur”, - çıxışında M.Yaalon bildirib. İsrail müdafiə naziri söyləyib ki, “İslam Dövləti” terror təşkilatı dünya cəmiyyətinin bu illər ərzində məhz HƏMAS-la bağlı dözüm nümayiş etdirdiyi üçün güclənib. HƏMAS-ın metodları İŞİD-in metodlarından güclü fərqlənmir. İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiya eyni zamanda HƏMAS-a və bu cür təşkilatların sponsorları olan İran, Türkiyə və Qətərə qarşı yaradılmalıdır”.

M.Yaalon xatırladıb ki, HƏMAS rəhbərliyinin əhəmiyyətli hissəsi hazırda məhz Türkiyədə yaşayır.

Yəhudi əsilli jurnalist Pyotr Lyukimsonun sözlərinə görə, məlumatlı mənbələr İsrail müdafiə nazirinin çıxışının baş nazir Benyamin Netanyahu tərəfindən hazırlanıb. “Bu diplomatik müharibədə “birinci yaylım” atəşi idi. Hansı ki, İsrail bütün dünyada Türkiyəyə qarşı başlamaq niyyətindədir”, - jurnalist qeyd edib.

Həminki mənbələr xatırladır ki, son beş il ərzində Türkiyənin sabiq baş naziri və indiki prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də digər türk liderləri İsrailin ünvanına kəskin tənqidləri ilə gündəmə tez-tez düşürdü.

“Kəskin antisemit əhval-ruhiyyə həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda formalaşdırılırdı. İsrail-Türkiyə münasibətlərinin normallaşmasına böyük ümidlər var idi. Baxmayaraq ki, xarici işlər naziri İsrail Aviqdor Liberman qəti şəkildə bu xəttə qarşı idi. Hazırda İsrail Xarici İşlər Nazirliyində vurğulayırlar ki, Libermanın göstərişlərinə uyğun olaraq xaricdəki bütün İsrail diplomatlarına dəqiq göstərişlər verilib. Həmin diplomatlar Türkiyə, İran və Qətərin HƏMAS-la, bütövlükdə beynəlxalq terrorla bağlı olduğu barədə təbliğat aparmalıdırlar. Yeni diplomatik müharibənin son hədəfləri açılmır, amma istisna edilmir ki, İsrail Türkiyəyə qarşı beynəlxalq sanksiyaların tətbiqinə nail olacaq. İsrailin Türkiyə ilə bağlı yeni siyasəti hər halda bu ölkənin ABŞ və Qərbin digər ölkələri ilə münasibətlərini çətinləşdirəcək”, - Pyotr Lyukimson vurğulayıb.

Xatırladaq ki, İsrailin keçmiş prezidenti Şimon Peres də müdafiə nazirinin çıxış etdiyi beynəlxalq konfransda Türkiyə ilə bağlı şok bir tələb səsləndirib. O, Türkiyə və Qətəri terroru maliyyələşdirməkdə ittiham edərək bu ölkələrə qarşı sərt iqtisadi sanksiyaların tətbiq olunmasını istəyib.

Bir müddət əvvəl müsavat.com “Vestnik Kafkaza” nəşrinə istinadən yazmışdı ki, İsrail və Ermənistanın prezident aparatlarının yüksək vəzifəli əməkdaşları Osmanlı Türkiyəsində 2015-ci il hadisələrini Təl-Əvivin “soyqırım” kimi tanımasından ötrü gizli və intensiv danışıqlar aparırlar. Nəşrin yəhudi əməkdaşı Pyotr Lyukimsonun yazdığına görə, erməni tərəfi bu xüsusda hətta konkret plan da təklif edib. Plana əsasən, İsrailin yeni prezidenti Reuven Rivlin 2015-ci ilin aprelində digər dünya liderləri kimi İrəvanda faciəvi hadisələrin 100-cü ildönümü tədbirlərinə qatılacaq və öz çıxışı zamanı rəsmən bəyan edəcək ki, Təl-Əviv o zamankı Türkiyə hökumətinin erməni xalqına qarşı soyqırım aktı törətdiyini etiraf edir.

İsrail prezidenti dəftərxanasının yüksək çinli əməkdaşının dediyinə görə, bu ideya yəhudi dövlətindəki erməni lobbisinin bir sıra liderləri tərəfindən fəal şəkildə irəli aparılır. Lakin o, həmin şəxslərin adlarını çəkməkdən imtina edib.

Tanınma tərəfdarlarının nöqtə-nəzərincə, İsrailin “genosidi” tanıması üçün məhz indi ən əlverişli fürsətdir. “Çünki Təl-Əvivlə Ankara arasında olduqca gərgin münasibətlər mövcuddur. Üstəlik, baş nazir (hazırda prezident) Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə İsrail ordusunun Qəzazdakı hərəkətlərini Fələstin xalqına qarşı soyqırım adlandırıb. İsrail isə məlum olduğu kimi, bu ittihamları rədd edib”, - deyə mənbə bildirir.

Məlumatlara görə, İsraildə uydurma məsələnin rəsmən tanınması mövzusunun tirajlanmasında yeni prezident Rivlinin personası da rol oynayır. Belə ki, Rivlin bir neçə dəfə tanınmanın tərəfdarı kimi çıxış edib. Hələ o, Knessetin spikeri qismində Litva parlamentində çıxış edərkən belə bir fikri söyləməyi özünə rəva bilmişdi ki, “Xolokost və 1915-ci ilin erməni ”soyqırımı" XX əsrin iki ən faciəvi hadisəsidir". Halbuki, indiyədək yəhudi siyasətçilərin hamısı rəsmi çıxışlar zamanı belə bənzətmədən qaçıblar.

Reuven Rivlin isə dəfələrlə qeyd edib ki, İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanınması uğrunda mübarizə aparmaqla yalnız “tarixi ədalət”ə nail olmaq istəyir və söhbət qətiyyən müasir Türkiyə xalqına və hökumətinə qarşı hansısa ittiham, ələlxüsus iddia irəli sürülməsindən getmir. Rivlin həmçinin sadəlövhcəsinə belə bir ifadə də işlətmişdi: “Mən başa düşə bilmirəm ki, İsrailin erməni ”soyqırımı"nı tanıması niyə də yəhudi dövlətinin Azərbaycan və postsovet məkanının başqa türkdilli ölkələri ilə münasibətlərinə mənfi təsir göstərməlidir? Axı bu ölkələrin xalqlarının 1915-ci il hadisələrinə heç bir dəxli yoxdur..."

Xatırladaq ki, İsrail tərəfindən tanınma məsələsi Knessetdə ilk dəfə olaraq 2012-ci ildə müzakirəyə çıxarılıb. Lakin dəstək qazanmayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR