Rusiya hava məkanını bağlasa, nə baş verəcək? – Üç versiya
Bizi izləyin

Dünya

Rusiya hava məkanını bağlasa, nə baş verəcək? – Üç versiya

“Əgər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunsa, Rusiya bu sanksiyalara cavab verməli olacaq. Cavab olaraq Rusiyanın hava məkanında uçuşların məhdudlaşdırılması da mümkündür”.

Bu sözləri Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev “Vedomosti” qəzetinə müsahibəsində bildirib.
Dmitri Medvedev vurğulayıb ki, Rusiya artıq Asiya-Sakit okean regionunda Qərb hava yolları üçün öz hava məkanını bağlamağı nəzərdən keçirir. “Əgər bizə məhdudiyyətlər qoysalar, biz də cavab verməli olacağıq. Qərb aviaşirkətlərinin bizim hava məkanımızdan istifadə edə bilməməsi isə onların bir çoxunun müflisləşməsinə gətirib çıxara bilər. Bu, xoşagələn hadisə deyil. İstərdik ki, bizim tərəfdaşlarımız da bunu anlasınlar”, - deyə baş nazir əlavə edib.


Qeyd edək ki, Sibir üzərində uçuşlardan ən çox istifadə edən şirkətlər “Lufthansa”, “British Airways” və “Air France” şirkətləridirlər və bunun sayəsində bu şirkətlər hər uçuş zamanı 30 min dollaradək qənaət edirlər.


Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “ The Washington Post” qəzeti “Əgər Rusiya Qərb hava yolları üçün öz hava məkanını bağlasa, nə olacaq” sualına cavab vermək istəyib.

Amerika nəşri hesab edir ki, uçuşlara qadağanın qoyulması həqiqətən də Qərb hava yolları üçün ciddi problemlər yarada bilər: “Çünki Rusiya dünyada ən böyük əraziyə sahib ölkədir, o, Şərqi Asiya və Avropa arasındadır”.

Bununla belə, “ The Washington Post” hesab edir ki, bu sanksiyalar Rusiya üçün bumeranq təsiri bağışlaya bilər. Nəşr Rusiyanın üç amili nəzərə almalı olduğunu qeyd edib.

1.Avropa hava yolları Rusiya hava məkanından tez-tez istifadə edir

Medvedev dəqiqləşdirmədi ki, “Qərb hava yolları” anlayışına Cənubi Koreya kimi Qərbin müttəfiqləri daxil edilirmi? Fərz etsək ki, sanksiyalar yalnız Avropa hava yollarına qarşı tətbiq olunacaq. Avropa hava məkanında olan bütün reyslərin vizual analizi göstərir ki, Avropanın ən böyük 60 hava yolu problemin öhdəsindən tamamilə gələ olar. Ən azından ilk baxışda.

Ancaq 1 sentyabr tarixində “WorldViews Flightradar24.com” saytında göstərilib ki, Avropa və Amerika hava yollarının payına Rusiyanın hava məkanında uçan xarici reyslərin çox hissəsi düşür. Buna görə də əminliklə deyə bilərik ki, Avropa və Amerika hava yolları həqiqətən zərər çəkəcəklər. Amma hansı dərəcədə?

2.Avropalılarda alternativlər var

Gəlin Qərb aviaşirkətlərinin Rusiya hava məkanından istifadə edə bilməyəcəyi halda onların bir çoxunun müflisləşəcəyi barədə Medvedevin fikrinə qayıdaq. Rusiyanın hava məkanında uçan əhəmiyyətli aviaşirkətlər bütün dünyadakı ən böyük müəssisələrdir və hazırda onların vəziyyəti tamamilə yaxşı görünür.

Bundan başqa, Rusiya artıq ilk dəfə deyil ki, özünün hava məkanını bəzi hava yolları üçün bağlayacağı xəbərdarlığı edir. 2007-ci ildə “Lufthansa” şirkətinin yük reysləri qadağan edilmiş və şirkət Qazaxıstan üzərindən uçmağa başlamışdı.

“Avropalılarda əslində aviareyslərin şimal qütbü və ya cənub vasitəsilə dəyişdirilməsi təcrübəsi var. Baxmayaraq ki, yolun uzunluğu təxminən 20 faiz artır”, - beynəlxalq hava yollarının rəqabəti üzrə ixtisaslaşan professor Hans-Yoaxim Emer deyib.

3.Rusiya öz-özünü cəzalandıracaq

Əgər Rusiya hava məkanını Qərb hava yollarının uçuşlarına bağlayacaqsa, bunun birbaşa iqtisadi nəticələri olacaq. Əgər Avropa hava yolları öz marşrutlarını dəyişdirməyə məcbur edilərsə, Rusiya uçuşlar üçün ödənişlərdən məhrum olacaq. Başqa sözlə, əgər Rusiya Qərb aviaşirkətlərinə qarşı sanksiyaları tətbiq edərsə, eyni zamanda bu sanksiyaları özünə qarşı tətbiq etmiş olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm