Jirinovski bu dəfə Yasenyuku ələ saldı – Video
Bizi izləyin

Dünya

Jirinovski bu dəfə Yasenyuku ələ saldı – Video

Öz ampluasında qalan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinvoski bu dəfə Ukrayna Baş naziri Arseni Yaçenyuku ələ salaraq, ona “humanitar yardım” qismində burjua peçi və rus paltosu göndərib.

Axar.az-ın Layf Nyus telekanalına istinadən verdiyi xəbərə görə, Jirinovski bu jestini onun Ukrayna hökumət başçısının qış mövsümünə davam gətirməsinə şərait yaratmaq istəyi ilə əlaqələndirib.

Partiya sədri qış üçün Kiyevə bütün ləvazimatları göndərdiyini deyib:

“Ukrayna siyasətçiləri rahat nəfəs ala bilərlər. Qış üçün mən onlara lazımı əşyaları göndərmişəm. Amma başqa məqamlar da var – isti ayaqqabıları özümə saxlayıram, Yaçenyuka isə rezindən olan qaloşları göndərəcəm.Bəli, bəli, bu, onun Avropanı seçməsinə verdiyim qiymətdir”.

Jirinovski Yaçenyukun Rusiya ilə sərhəddə nəhəng səddin tikilməsi təşəbbüsünü də lağa qoyub. Əlavə edib ki, bunun üçün Baş nazir Avropadan pul gözləməsin, hədiyyə göndərəcəyi əlcəkləri əlinə keçirib yeni inşaatçı peşəsinə başlasın .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm