AKP içərisində bir alternativ yaratmaq və hərbi çevriliş - Proqnoz
Bizi izləyin

Dünya

AKP içərisində bir alternativ yaratmaq və hərbi çevriliş - Proqnoz

Türkiyədə iqtidar problemi ortaya çıxan kimi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun dərhal Vaşinqtona getdiyini xatırladan C.Bayık partiyanın iqtidara gəlmisinin PKK ilə bağlı olduğunu bildirib: “Bu tamamilə PKK ilə əlaqəli məsələdir.

Terror təşkilatı PKK-nın dağ heyətinin rəhbərlərindən olan Cəmil Bayık Kandildə Türkiyənin “Vatan” qəzetinə müsahibə verib.

Publika.Az –ın qəzetə istinadən verdiyi məlumata görə, C.Bayık Türkiyədəki AKP-Camaat qarşıdurması, kürdlərin hadisələrə münasibəti və digər mövzularla bağlı sualları cavablandırıb.

“PKK həlledici bir gücdür”

C.Bayıkın fikrincə, indiki halda çətin vəziyyətdə olan yalnız AKP deyil, ümumilikdə Türkiyə dövləti çətin vəziyyətdədir. O, AKP-Fəthullah çəkişməsinin yalnız bu güclərə deyil bütün Türkiyəyə zərər verdiyini bildirib. PKK liderinin sözlərinə görə, onları yanına çəkmək istəyən qüvvələr də kifayət qədərdir:“Əlbəttə, müxtəlif güclər bizi tərəfinə çəkmək istəyir. Çünki PKK-i yanına alan bir güc tarazlığı rahat şəkildə dəyişdirə bilər. PKK həm Türkiyədə, həm Suriyada həlledici bir gücdür. Bir çox gücün taleyi PKK-nın əlindədir. PKK tarazlıqları istəydiyi kimi qura bilər. Amma heç bir güc PKK-nı öz məqsədləri üçün istifadə edə bilməz”.

“Kürdüstan”dakı bütün addımların camaat tərəfindən atıldığını deyən C.Bayık bunu AKP iqtidarı vasitəsilə etdiyini və AKP-nin də buna qarşı çıxmadığını bildirib. “Bu, AKP-n maraqlarına uyğun gəlirdi. Özünün edəcəklərini camaata etdirmək istədi. İstədilər ki, kürdlərin reaksiyası AKP-ə deyil, fəthullahçılara yönəlsin. AKP bununla da iqtidarını gücləndirərək özünü kürdlərin xilaskarı kimi göstərməyə çalışdılar. Eyni zamanda camaat da PKK-ya zərbə vurmaqla Kürdüstanda döyüşü qazanmış bir güc olaraq iqtidara gəlmək istədi. İqtidara gəlmək üçün MİT və Ərdoğanı hədəflədilər. Amma təbii ki, AKP buna qarşı dayandı. Daha sonra başqa problemlər gündəmə gətirildi. Bunun həm iqtidar tərəfi var, həm də beynəlxalq sistemin Orta Şərqdə tətbiq etdiyi siyasətlə əlaqəsi var. İkisi də birləşdiyi üçün Türkiyədə hazırkı qarşıdurma başladı”.

CXP iqtidara necə gələ bilər?

Türkiyədə iqtidar problemi ortaya çıxan kimi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun dərhal Vaşinqtona getdiyini xatırladan C.Bayık partiyanın iqtidara gəlmisinin PKK ilə bağlı olduğunu bildirib: “Bu tamamilə PKK ilə əlaqəli məsələdir. Bu kürd, şiə və demokratikləşmə problemlərində köklü addımların atılması ilə bağlıdır. Əgər bu köklü dəyişiklikləri edə bilsə, kürd xalqının, şiələrin, Türkiyədəki demokratik güclərinin dəstəyini qazana bilər. CXP indiki vəziyyəti ilə iqtidara gəlməkdən, iqtidar problemini həll etməkdən çox uzaqdır. MHP iqtidar problemini həll edə bilərmi? Onun da bundan çox uzaq olduğu açıqdır. Digər yollar isə AKP içərisində bir alternativ yaratmaq və hərbi çevrilişdir. Hərbi çevrilişə gəlincə, Türkiyə Misir deyil. Bu problem seçkilər ərəfəsində niyə gündəmə gətirildi? Məqsəd AKP-dəki fəthullahçı millət vəkillərinin istefasına nail olmaq, digər tərəfdən isə CXP-ni gücləndirməkdir. Kiçildilmiş, daha çox sistemin nəzarətində olan bir AKP yaratmaq istəyirlər. Türkiyə bu nöqtədən hara gedər? Artıq koalisiyalar dövrünə gedər. AKP-ni Ərdoğanı iqtidarda saxlayan nədir? İqtisadi siyasət. Buna görə də iqtisadi siyasətlərinə də müdaxilə edilir. Bütün bunlarla AKP iqtidarından azad olmaq istəyirlər. Bu, dəqiqdir”.

“Ərdoğansız AKP" ssenarisi...

C.Bayıq “Ərdoğansız AKP” ssenarisinin hazırlandığını bildirib. O, bu ssenarinin camaatla həyata keçirildiyini və arxasında ABŞ-ın olduğunu dilə gətirib. “Amerika camaat ilə işi aparır. AKP-ni haradan vurdular? Sui-istifadədən, can damarından vurdular. Çünki, AKP cəmiyyətə özünü həmişə sui-istifadə ilə mübarizə aparan bir güc kimi göstərib və bu cür də qəbul edilib. Sui-istifadə və rüşvət yoxdurmu? Var. Əgər olmasaydı oradan vura bilməzdilər. AKP sui-istifadəni bir kənara itələyərək, yalnız camaatın onun devirməyə çalışdığını söyləyir. Doğrudur, camaat AKP-ni iqtidardan uzaqlaşdırmağa çalışır, amma gerçək yalnız bu deyil. Bu məqsəd sui-istifadə və rüşvət üzərindən həyata keçirilir”, - PKK lideri qeyd edib..

“PKK-nın dəstəyini kim alsa, digəri itirər”

C.Bayık hesab edir ki, həm AKP, həm də camaat PKK-nın dəstəyini almaq istəyir. “Çünki, PKK-nın, kürdlərin dəstəyini almadan bu döyüşdə istədiklərini əldə etmələri çox çətindir”, - o, bildirir.

Amma PKK lideri onları öz tərəfinə çəkmək istəyənlərin müvəffəqiyyətli ola bilməyəcəyini ifadə edub:

“Biz demokratik güclərin güclənməsini istəyirik. Biz nə AKP-nin, nə də fəthullahın güclənməsinin tərəfdarıyıq. Bu, Türkiyənin mənfəətinə cavab vermir. Bunu açıq söyləyirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm