Ukraynanın şərqi üçün döyüş bitdi və Poroşenkonun qorxduğu başına gəldi
Bizi izləyin

Dünya

Ukraynanın şərqi üçün döyüş bitdi və Poroşenkonun qorxduğu başına gəldi

“Ukrayna və separatçılar atəşkəs rejiminə əməl edəcək, ya yox, bu hələlik məlum deyil. Amma artıq tamamilə aydındır ki, münaqişənin gedişatında Vladimir Putin qələbə qazandı”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Vudro Vilsonun Mərkəzi yanında Kennana İnstitutunun elmi işçisi, ictimai-dövlət siyasəti məsələləri üzrə ekspert Maykl Kofmanın “The National Interest” qəzetində dərc etdiyi yazısında yer alıb.

Amerikalı ekspert hesab edir ki, Ukraynanın şərqdə qələbə qazanmasına ümid yoxdur: “Rusiya çətin ki, yeni Ukrayna hökumətinə öz layihələri üzərində hərbi qələbə qazanmasına icazə verərdi. Xüsusilə, öz ölkəsi daxilində auditoriyaya çoxlu siyasi kapital xərclədikdəın sonra. Ukrayna ölkənin şərqində bir neçə ay hərbi kampaniyanı keçirirdi və regionu dağıtmaqla əhalinin əhəmiyyətli hissəsinin Kiyev hakimiyyətinə qarşı köklənməsinə səbəb oldu. Əgər barışıqdan sonra Şərqi Ukraynanın xəritəsinə diqqət yetirsək görərik ki, Ukrayna ordusu və separatçılar arasındakı bölücü xətt mütləq hansısa rusmeylli sistemin yaranmasına gətirib çıxaracaq. Postsovet məkanındakı dondurulmuş münaqişələr və separatizm nümunələrini bilən Poroşenko məhz belə bir nəticədən qaçmaq istəyirdi. Ukraynalılar Krımın itirilməsi ilə barışmalı olacaq, amma onlar özlərinin Qərb oriyentasiyasına əvəz olaraq Şərqin itirilməsi ilə barışmağa meylli deyillər”.

Amerikalı ekspertin fikrincə, atəşkəs rejimi pozularsa, Rusiya hərbi eskalasiya prosesində daha əhəmiyyətli qələbəni qazanacaq: “Moskva bəlkə də açıq müdaxiləni arzulamır. Əgər Rusiyanın bir neçə min hərbçisi Ukrayna ordusunu qaçmağa məcbur etdisə, o halda təsəvvür etmək çətindir ki, iyirmi və ya qırx min qoşunun müdaxiləsindən sonra nə baş verəcək. Rusiya çətin ki, bütün Ukraynanı işğal etməyi bacaracaq, amma Ukrayna ordusu və separatçılar arasındakı bölücü xətti istədiyi yerdən çəkəcək. Qərb liderləri bunu çox da müdaxilə adlandırmaq istəmirlər, çünki onlar ehtiyat edirlər ki, sanksiyaları dəyərsiz cavab kimi görünəcək”.

Maykl Kofman Rusiyaya yeni ərazilərin lazım olmadığını və Ukraynaya təzyiq üçün nöqtələri tapdığını bildirir.

O, qarşıdakı aylarda Ukraynaya təzyiqin güclənəcəyini qeyd edib: “Seçkilərdən əvvəl Kiyev siyasi rəhbərliyi separatçılara güzəştə gedə bilmir. Amma seçkilərdən sonra Ukrayna çətin ki, Rusiya şərtləri ilə razılaşacaq. Eyni zamanda Ukrayna qışda yaşayış evlərinin istilik sistemi üçün Rusiya qazına kəskin ehtiyac duyur. Ölkə iqtisadiyyatı əvvəlki kimi böhran vəziyyətindədir. Qərb isə Ukraynanın müflislikdən xilası üçün şərt kimi sərt islahatların həyata keçirilməsini tələb edir. Qərb onunla barışdı ki, Rusiyaya qarşı sanksiyalar nəzərəçarpan nəticələr vermir. NATO Ukraynaya dəstək olaraq bəyanatlar verir, amma bu ölkəyə soxulan Rusiyaya cavab olaraq Ukraynanın tərəfində çıxış etməyə meyl göstərmir. Qış yaxınlaşdıqca çox ehtimal ki, münaqişə soyuyacaq və bölücü xəttin arxasında qalan separatçıların nəzarəti altında qalan regionlarda siyasi reallıq möhkəmlənəcək. Görünür ki, Ukraynanın şərqi üçün müharibə bitdi. Qərb Ukraynanı öz orbitinə müvəffəqiyyətlə cəlb etdi. Ancaq Rusiya lazım gələndə özünü göstərməyə hüququnu və imkanını saxladı. Yəqin ki, bu imkandan istifadə də edəcək”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl NATO-dan şok bir etiraf gəlmişdi. Hərbi alyans Ukraynada baş verən hadisələrlə bağlı qiymətləndirməsində dəyişiklik etmək məcburiyyətində qalıb və təəssüflə Kiyevin müharibəni uduzduğunu açıqlayıb.

Xəbər verilir ki, bu barədə Almaniyanın "Şpigel" dərgisi məlumat dərc edib. Vurğulanıb ki, hələ bir həftə öncə Ukraynanın şərqində baş verən hadisələrlə bağlı qurumda tamam başqa qənaət olub. NATO generalına istinadən verilən xəbərdə hazırda Poroşenkonun önundə daha önəmli məsələ - mümkün qədər Ukrayna hərbçilərinin Rusiyanın ölüm maşınının cəngindən qurtarmaq olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm