Dünya
Rusiya və İran 5 milyard dollalıq müqavilənin müzakirəsinə başladı
Rusiya və İran neft qarşılığında elektrik enerjisi ixrac-idxalı ilə bağlı müzakirələrə başlayıblar.
Publika.az xəbər verir ki, birinci mərhələ üçün müqavilənin dəyərinin 5 milyard dollar olacağı irəli sürülür.
Bildirilir ki, İran neftinin tədarükünün əvəzində Rusiya İranda yeddi istilik stansiyası tikəcək. Bu ancaq razılaşmanın bir bəndidir. Sövdələşməyə eyni zamanda metallurgiya sənayesi, nəqliyyat vasitələri və kənd təsərrüfatı maşınlarının quraşdırılması, meyvə və tərəvəz gübrə təchizatı və tədarükünə artırmaq daxildir.
Bu arada qeyd edək ki, tərəflər hələ ki danışıqların təfərrüatlarını gizli saxlayırlar. Rusiyanın energetika naziri Aleksandr Novak İrandan xam neft idxal ediləcəyini açıqlayıb. Bu haqda hökumətləri arasında beş illik anlaşma memorandumu avqustun 5-də imzalanıb. “Reuters”in xəbərinə görə müqavilənin ilkin mərhələsində ayda 1,5 milyard dollarlıq dövriyyə nəzərdə tutulur. İran Rusiya məhsullarının və texnikasının müqabilində sutkada 500 min barel neft ixrac edəcək. Rəsmi Moskva isə iran neftini Çin kimi ölkələrə satmaq imkanı qazanacaq.
İqtisadiyyat şöbəsi
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi