Qəzaya uğramış “Boinq”dəki son danışıqlar üzə çıxdı
Bizi izləyin

Dünya

Qəzaya uğramış “Boinq”dəki son danışıqlar üzə çıxdı

Açıqladıqları xüsusi hesabat çərçivəsində hollandiyalı ekspertlər Malayziyaya məxsus “Boinq -777” təyyarəsinin pilotlarının növbətçi dispetçerlərlə qəzaya 12 dəqiqə qalmış danışıqlarını təqdim ediblər.

Axar.az-ın Focus.ua saytına istinadən verdiyi xəbər verir ki, pilotlar son saniyəyə qədər təyyarədə hər hansı texniki problemin olmadığını vurğulayıblar.

Qeyd edək ki, Ukrayna ərazisində təyyarənin uçuş trayektoriyası DNP və RST kodları altında Dnepropetrovsk, Rostov dispetçerləri tərəfindən tənzimlənib. İlk dəqiqələrdə hava limanlarının əməkdaşları ilə MH17 kodu altında ünsiyyətə girən pilotlar son dəqiqələrdə siqnalların əhatə dairəsindən itiblər. Dispetçerlərin sona qədər təyyarəni axtarmaq cəhdləri bir nəticə verməyib.

Xatırladaq ki, Ukraynanın şərqində qəzaya uğrayan “Boinq -777” təyyarəsinin əsl səbəbləri hələ də dəqiqləşdirilməmiş qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm