Rusiya Avropanı təhdid etdi: “Qazınızı kəsərəm”
Bizi izləyin

Dünya

Rusiya Avropanı təhdid etdi: “Qazınızı kəsərəm”

Rusiya Avropa və Ukraynanı yeni sanksiya ilə hədələyib.

Axar.az “Faynenşl Tayms"a istinadən xəbər verir ki, Rusiya göndərdiyi qaza görə Avropa Birliyi ölkələrini ilk dəfə açıq şəkildə təhdid edib.

Avropanı xəbərdar edən Rusiya bu ölkələrə göndərdiyi qazın Ukraynaya verilməməsini tələb edib.

“Qazprom” şirkəti Avropa ölkələri Ukraynaya qaz ötürülməsini davam etdirəcəkləri təqdirə qaz nəqlini azaldacağını açıqlayıb.

Avropa Birliyi isə Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarını təsdiq edib. Avropa Birliyi Şurasının Prezidenti Herman Van Rompuy qurumun mövcud sanksiya paketini genişləndirdiyini yazılı bir bəyanatla bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm