Bərzaninin oğlu: “İŞİD-ə qarşı PKK da dəstək verdi”
Bizi izləyin

Dünya

Bərzaninin oğlu: “İŞİD-ə qarşı PKK da dəstək verdi”

Şimali İraq Kürdüstan hökumətinin Baş naziri Neçirvan Bərzani İŞİD-lə bağlı danışıb.

Axar.az xəbər verir ki, baş nazir insanların İŞİD-i bir silahlı təşkilat hesab etməsini yanlış adlandırıb.

N.Bərzani qeyd edib ki, onlar bir dövlətə çevriliblər: “İmkanları, əsgər təlimi, nizam-intizamı var. Bir bölgəni bombalaya bilirlər, əraziləri zəbt edirlər. Ancaq ərazilərin çox yerini geri almışıq. Mosulu almaq bizim üçün strateji əhəmiyyət kəsb edirdi.

Bizdə təşkilatçılığın mükəmməl olduğunu deyə bilmərəm. Çünki 2003-cü ildən sonra bu coğrafiyada yeni silahlı qarşıdurmalar olmadı. Biz də insanların rahat yaşamasını təmin etmək üçün infrastruktur qurmağa başladıq. Başımız buna qarışdı. Yenidən silahlı toqquşmalar olacağını fikirləşmirdik”.

Kürd baş nazir bildirib ki, İŞİD-ə qarşı savaşda PKK-nın yardımı olub: “Türkiyədən gələn insani yardım var. Təbii ki, daha çox gözləntimiz vardı. İŞİD gücləndikcə Türkiyəyə də problem olacaq. Çünki İŞİD təkcə bizə yox, Türkiyə, Livan, Səudiyyə Ərəbistanına da təhdiddir”.

Xatırladaq ki, baş nazir Kürdüstan hökumətinin başçısı Məsud Bərzaninin oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm