"Əl-Qaidə ilə birlikdəyik, ancaq ABŞ bizə silah göndərir"
Bizi izləyin

Dünya

"Əl-Qaidə ilə birlikdəyik, ancaq ABŞ bizə silah göndərir"

ABŞ dolayısı yolla da olsa, Əl-Qaidə-yə dəstək verir.

Axar.az "Hurriyet"ə istinadən xəbər verir ki, ABŞ İŞİD təhdidinə qarşı olaraq Suriyada müxalif qruplara silah yardım etməyi planlaşdırır. Amerika hökumətinin yardım etməyi hədəflədiyi qrupların isə Əl-Qaidə ilə bağlılığı var. Suriyada Bəşər Əsəd rejminə qarşı üsyan qaldıran qruplar özləri belə Əl-Qaidə ilə ortaq çalışdıqlarını etiraf edirlər.

Aparılan bir araşdırmaya görə, ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün göndərdiyi silahlar terrorçuların əlinə keçir.

Suriyanın şimalında fəaliyyət göstərən "Hərəkat Həzm" qrupunun komandirlərindən Asim Zeydan, "Los Anceles Tayms"a açıqlamasında Əl-Qaidəyə bağlı Əl-Nusra cəbhəsi ilə birlikdə mübarizə apardıqlarını etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm