İsrail İŞİD-lə bağlı kəşfiyyat məlumatlarını ABŞ-a verib
Bizi izləyin

Dünya

İsrail İŞİD-lə bağlı kəşfiyyat məlumatlarını ABŞ-a verib

İsrail ABŞ və müttəfiqləri ilə “İslam Dövləti” (İŞİD) haqqında kəşfiyyat məlumatlarını paylaşıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail radiosu Qərb diplomatik mənbələrinə istinadən bildirib.

Qeyd olunur ki, İsrail ABŞ və digər müttəfiq ölkələrə İraqın şimalında İŞİD-lə mübarizəyə dəstək üçün peyk görüntüləri və kəşfiyyat məlumatları verib. Digər tərəfdən İsrail müdafiə naziri Moşe Yaalon kəşfiyyat təşkilatlarına İŞİD-ə qarşı əməkdaşlıq çağırışı edib.

İsrailin hərbi kəşfiyyat şefi Amos Yadlin isə “Twitter” səhifəsində İŞİD-in İsrail üçün birbaşa təhlükə olmadığını yazıb. O, İŞİD-in hərbi gücünün Həmasdan daha az olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm