Poroşenkonun biznesi çökür
Bizi izləyin

Dünya

Poroşenkonun biznesi çökür

Roşenin Lipetsk qənnadı fabriki bu il sentyabrın 15-dən işini iki həftəlik dayandırır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Lipetsk zavodunun baş direktorunun müavini Oleq Kazakov çıxış edib. Onun sözlərinə görə, mallar anbarlarda yığılıb qaldığı üçün şirkət belə bir tədbirə əl atmalı olub:

“Fabrikin bəzi xətlərinin sentyabrın 28-də, bəzilərinin isə 30-da öz işini davam etdirməsi planlaşdırılır. Şirkətin işçilərinə maaşlarının üçdə ikisi ödəniləcək. Onların yarısı isə planlaşdırılmış məzuniyyətə gedəcək”.

Xatırladaq ki, “Roşen” qənnadı fabriki Ukrayna Prezidenti Pyotr Poroşenkoya məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm