Diplomatlara mobil telefonlar yasaqlandı
Bizi izləyin

Dünya

Diplomatlara mobil telefonlar yasaqlandı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti ölkədə fəaliyyət göstərən xarici diplomatik missiyalara və beynəlxalq humanitar təşkilatlara simsiz rabitə növlərindən, o cümlədən peyk rabitəsi və Wi-Fi texnologiyasından istifadəni qadağan edib.

Milli Radiodalğalara Nəzarət İdarəsinin məlumatına görə, qərar ölkənin təhlükəsizliyinin təmini üçün qəbul edilib.

Bizimyol.info ictnews-a istinadən bildirir ki, sənəddə rəsmi icazə olmadan quraşdırılan bu növ rabitə sistemlərinin işinin dayandırılması tələbi yer alıb. Göstərişə əməl olunmayacağı təqdirdə öhdəlikdən asılı olaraq böyük məbləğdə pul cəriməsi, sistemlərin məcburi fəaliyyətinin dayandırılması və ya onlar üçün avadanlıqların müsadirəsi nəzərdə tutulur.

Məlumatda bildirilir ki, gələcəkdə xarici nümayəndəliklər tərəfindən simsiz və peyk sistemlərinin quraşdırılması yerli hakimiyyət orqanları ilə ölkədə radiotezlik spektri haqqında qüvvədə olan milli qanuna uyğun razılaşdırılaraq həyata keçirilməlidir. KXDR hökumətinin nümayəndələri ümid edirlər ki, burada fəaliyyət göstərən idarələr ölkənin təhlükəsizliyinin təmini üçün qəbul edilən qərarın yerinə yetirilməsinə müsbət töhfə verəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm