Ayətullah Xamneyinin xələfi kim olacaq?
Bizi izləyin

Dünya

Ayətullah Xamneyinin xələfi kim olacaq?

The Times” mümkün variantları təqdim edib

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyi sentyabrın 8-də əməliyyat olunub. Əməliyyatdan qabaq İranın dövlət televiziyasına qısa açıqlamasında dini lider bildirmişdi ki, hər hansı nigarançılığa əsas yoxdur. Bu adi bir əməliyyatdır. Allah qoysa, hər şey yaxşı olacaq.

Cərrahiyyə əməliyyatı başa çatandan sonra İranın dövlət televiziyası əməliyyatın uğurla keçdiyini xəbər verib.

Xatırladaq ki, 75 yaşlı Xamneyi 25 ildir İranın dini lideri postunu tutur və bu son əməliyyat İranda yenidən bir məsələni gündəmə gətirdi: cənab Xamneyidən sonra onun xələfi kim olcaq? Bu barədə “The Times” qəzeti müəyyən mülahizələr irəli sürüb. Jurnalist Hyu Tomlinson yazır ki, Əli Xamneyi İranın ən nüfuzlu şəxsiyyətidir, ancaq onu gec- tez kimsə əvəz edəcək.

Qəzet bildirir ki, əgər Xamneyiyə bir şey olsa, hətta müəyyən səbəbdən o, idarəçilikdən qısa müddətə belə kənarlaşsa, İranda ali hakimiyyət uğrunda müəyyən qruplar arasında əsil savaş başlayacaq.

“The Times” yazır: “Xamneyi heç vaxt xələfinin kim olacağı ilə bağlı bir kəlmə söz deməyib. Əksinə, o, onun yerinə göz dikənləri məharətlə üz-üzə gətirir, nəticədə belə iddiada olan qruplar ona daha yaxın olmaq uğrunda dəridən-qabıqdan çıxırlar. Sonuc o olur ki, Tehranda bütün mübahisəli məsələlərdə son sözün sahibi odur, hakimlik haqqı ondadır”.

Sərt xətt tərəfdarlarının əsas istəyi odur ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Xamneyinin yerinə keçə bilməsin: “Sərt xətt tərəfdarları qorxurlar ki, cənab Rəfsəncani İranın Qərbə yaxınlaşmasına cəhd edə bilər, nəticədə İran ABŞ-ın nökəri halına düşər”.

Sərt xətt tərəfdarları daha çox İranın yeni ali dini rolunda İran İslam Resbublikasının qurucusu Ayətullah Ruhullah Musəvi Xomeyninin oğlu Muctəbanı və ya Mohammad Taqi Mesbah Yazdi görürlər.

Sərt xətt tərəfdarları Əhməd Hətaminin də namizədliyinə müsbət yanaşırlar. İran İslam İnqilabının banisi, ayətullah Xomeyni İslam dini, onun kitabı və peyğəmbərini təhqir edən “Şeytan ayələri” əsərini yazdığına görə hind əsilli britaniyalı yazıçı Salman Rüşdü haqqında ölüm fətvası vermişdi. Əhməd Hətami bu yaxınlarda bu hökmün qüvvədə olmasını yenidən təsdiqləyib (musavat.com).

Aktual.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm