Dünya
BMT-nin dǝhşǝtli hesabatı
Hesabat qǝzzalı uşaqların faciǝli vǝziyyǝtini sübuta
yetirir.
ANS PRESS-in məlumatına görə, BMT–nin qarşıdurmalarda uşaqları
müdafiə komitəsinin mǝsul özǝl nümayǝndǝsi Leyla Zərruqi BMT
Tǝhlükǝsizlik Şurasında tǝşkil edilǝn “silahlı toqquşmalar vǝ
uşaqlar” adlı konfransda hazırladığı hesabatı tǝqdim edib.
Hesabatda iyulun birindǝn tutmuş Qǝzzada 500-dǝn artıq uşağın
öldüyü, 12 yaşından kiçik ǝn az 3106 uşağın yaralandığı vǝ ya ǝlil
olduğu , onların üçdǝ bir hissǝsinin də ömür boyunca ǝlil
yaşayacağı vurğulanıb.
Mǝktǝblǝrǝ yönǝldilmiş hücumlara da toxunan Zərruqi, BMT-yǝ məxsus
75 məktəb də daxil olmaqla, ǝn az 244 mǝktǝbin İsrail tǝrǝfindǝn
bombalandığını bildirib.
O, hesabatında İraq vǝ Nigeriyadakı uşaqların vǝziyyǝtini də şərh
edib. İraqda bu ilin əvvəlindən bəri təxminən 700 uşağın
öldürüldüyü və ya əlil qaldığına diqqət çəkib.
Zərruqi Yaxın Şərqi qan gölünə çevirərək hünahsız insanları öldürən
İŞİD terror qruplaşmasının əməllərindən də danışıb. O, qruplşama
tərəfindən 13 yaşlı uşaqlara silah verildiyini, bǝzilǝrindǝn isə
kamikadze kimi istifadǝ edildiyini deyib.
Uşaqlara qarşı yönǝldilmiş zorakılığın geniş yayıldığı Nigeriyada
isə “Boko Haram” qruplaşmasının xüsusilǝ mǝktǝbli uşaqları hǝdǝf
aldığını vurğulayan Zərruqi, qruplaşmanın keçǝn il 100 mǝktǝbli ilǝ
70 müǝllimi öldürdüyünü bildirib.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?