Alman prezidentə Azərbaycan xalçası verildi (FOTO)
Bizi izləyin

Dünya

Alman prezidentə Azərbaycan xalçası verildi (FOTO)

Azərbaycandan olan QHT rəhbərləri Almaniyanın Prezidenti Yoaxim Qaukla görüşüblər.

ANS PRESS-in məlumatına görə, Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş təşkil edib. Hazırda Almaniyada işgüzar səfərdə olan "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli AFR-in dövlət başçısının təşkil etdiyi bu tədbirdə iştirak ediblər.

Tədbir çərçivəsində Almaniyanın Prezidenti Yoaxim Qauka və ölkənin birinci xanımı Daniela Şadta Azərbaycanın milli xalçası, Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən kitablar, muğamlarımızdan və xalq mahnılarımızdan ibarət disklər hədiyyə olunub.

Görüş zamanı Ceyhun Ələkbərov ölkə prezidentinə və onun xanımına rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm