“Poroşenko xarici düşmənin Rusiya olduğunu deməlidir”
Bizi izləyin

Dünya

“Poroşenko xarici düşmənin Rusiya olduğunu deməlidir”

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin xarici düşməni kimi Rusiyanı müəyyənləşdirməlidir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Maydan hərəkatının tanınmış fəallarından olan Vladimir Parasyuk deyib.

“Biz dərk etməliyik ki, heç bir antiterror əməliyyatları yoxdur, ölkədə müharibə gedir. Müəyyən etmək lazımdır ki, bizim düşmənimiz kimdir. Biz burada hansısa separatizm haqqında danışırıq. Antiterror gücləri qərargahı deyir ki, Rusiya tərəfindən hücum var. Deməli, Rusiya bizim düşmənimizdir. Cənab Poroşenko çıxıb deməlidir ki, Rusiya bzim düşmənimizdir və torpağımızı işğal etmək istəyir”, - V.Parasyuk bildirib.

O həmçinin bildirib ki, Müdafiə Nazirliyinin rəhbəri dəyişdirilməlidir: “Bizə məsuliyyətli və əhali arasında böyük mənəvi etibarı olan bir insan lazımdır. Bizdə koordinasiya sıfır səviyyəsindədir. Könüllü batalyonların istənilən komandirini bu vəzifəyə irəli sürmək olar. Nəticə yüz dəfə daha yaxşı olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm