• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rusiyalı politoloq: “Sülh danışıqları bir ticarətdir, Putin təklif edir ki...”

  • Dünya
  • 10 Sentyabr 2014 10:55
  • 706 Baxış
Rusiyalı politoloq: “Sülh danışıqları bir ticarətdir, Putin təklif edir ki...”

Polşanın “Wiadomosci” informasiya portalında dərc olunan “Rus politoloqu: Vladimir Putin XIX əsrin güc balansını bərpa etmək istəyir” başlıqlı yazıda Rusiyanın Ukraynaya təcavüzü, ümumilikdə Vladimir Putinin hədəfləri barədə fikirlər yer alıb.

Publika.az-ın verdiyi xəbərə görə, informasiya portalına açıqlamasında Moskva Karnegi Mərkəzinin “Daxili siyasət və Rusiya institutları” proqramının rəhbəri, rusiyalı politoloq Liliya Şemsov Qərbin Putinlə yola getməyə hazır olduğunu bildirib.

“Qərb Şərqi Ukraynanı qurban verməyə, sülhə əvəz olaraq Rusiyanın təsir sahəsini genişləndirməyə və qarşıdurmadan qaçmağa hazırdır. Putinin qanqster metodları artıq öz effektivliyini sübut edib. Rusiya prezidenti Ukraynadan sınaq olaraq istifadə edir və yoxlayır ki, o, nə qədər uzağa gedə bilər, Qərbin reaksiyası necə olacaq”,- Şemsova deyib.

Rusiyalı politoloqun sözlərinə görə, Putin həm də Qərbin real “qırmızı xətt”inin haradan keçdiyini yoxlamaq istəyir: “Problem ondadır ki, Qərb belə bir xətti çəkməyəcəksə, o halda Putinin təcavüzü də davam edəcək. Onun hədəfi yeni dünya nizamını inşa etməkdir. Sülh danışıqları Ukrayna və Qərbə Putinin son layihəsini qəbul etməyə məcbur etmək cəhdidir. Sülh danışıqları bir ticarətdir. Putin təklif edir: biz atəşi dayandırırıq, amma siz Şərqi Ukraynanın böyük şəhərlərindən çıxırsınız. Və Qərb bu vəziyyəti müzakirə edəcək. Əslində bu, Ukraynanın ikinci parçalanmasıdır. Birinci parçalanma isə Krımın tutulması idi”.

L.Şemsov qeyd edir ki, muxtar “Novorossiya” Ukraynanı vurmaq üçün kifayət qədər güclüdür: “Novorossiya” Avropa Birliyi və NATO-ya üzvlük üzrə Ukraynanın şanslarını partladacaq və ölkəni müflis edəcək. Putinin də istədiyi elə budur. Açıq əlamətlər var ki, Putin öz hədəfinə nail olacaq. O, demək olar ki, sülh təkliflərinin Qərb tərəfindən qəbul olunacağına əmindir. Çünki Qərb Ukraynaya görə özünü fəda etmək və mümkün müharibəyə pul xərcləmək niyyətində deyil. Əksinə, Qərb nəyin bahasına olursa-olsun, real qarşıdurmadan qaçmaq istəyir. Fakt olaraq Malayziyanın “Boinq-777” sərnişin təyyarəsinin vurulmasını göstərmək olar. Qəzada Qərb vətəndaşları həlak oldu və bu hadisə dönüş anı ola bilərdi. Amma olmadı”.

“Putin növbəti dəfə Qərbin acizliyindən əmin oldu”, - rus politoloq qeyd edir.

L.Şevsov Rusiyanın Ukraynaya təcavüzü fonunda Polşanın vəziyyətindən danışıb: “Ən azından Polşada siz sakit yata bilərsiniz. Ən yaxın illərdə Polşa Rusiyanın təsir sahəsi ola bilməz. Çünki keçmiş SSRİ ilə müqayisədə Putində sadəcə güc yoxdur”.

L.Şevsov Ukrayna hadisələrindən sonra Kremlin yeni strategiyanı həyata keçirməyə başladığını bildirib:

“Bu strategiya ondan ibarətdir ki, Rusiya bundan sonra özünü “mühasirəyə alınmış qala” kimi aparacaq. Kreml düşmən axtarışı əsasında öz xalqını səfərbər edir. Nəhayət, Rusiya yeni qalaktikanın mərkəzi roluna iddia edir. Hansı ki, onun ətrafında əlaltıları fırlanmalıdır. Çətin ki, Rusiyanın qonşuları özlərini rahat hiss edə bilərlər. Axı onların başı üstündə dayanan nüvə dövlətidir. Yeni Putin doktrinasının əsas elementi ondan ibarətdir ki, Rusiya supergüc olmalıdır. Rusiya qayıdıb. Rusiyanın maraqlarının öz sferaları var”.

Moskva Karnegi Mərkəzinin eksperti Qərb-Rusiya qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda da qeyri-sabitlik yarada biləcəyini istisna etmir: “Faktiki olaraq, Rusiya Dnestrtyanı ərazi amili ilə Moldovanın parçalanması təhlükəsini saxlayıb. Məhz Dnestryanı ərazi amili Moldovanı zəiflədir. Amma Avropa Moldovanın təhlükəsizliyinə təminat vermək və onun Avropaya inteqrasiyasına şərait yaratmaq istəyir. Kreml başqa regionlarda, həmçinin Cənubi Qafqazda münaqişəli zonalardan istifadə edə bilərmi? Hesab edirəm ki, Kreml bunu heç vaxt planlarından çıxarmayıb. Putin doktrinası bu gün postsovet məkanında qeyri-stabilliyin yaradılmasına hesablanıb. Belə bir vəziyyət isə Moskvaya arbitr rolunu oynamağa imkan verir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR