Rusiya nüvə raketlərini sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Rusiya nüvə raketlərini sınaqdan keçirdi

Rusiya 10 ədəd yeni nəsil nüvə başlığı daşıya bilən və 8 min kilometrdən hədəfi vura bilən uzaqmənzilli raketini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü Vladimir Monamah nüvə başlıqlı raketin sualtı qayıqdan atıldığını və sınağın uğurlu keçdiyini açıqlayıb.

Rusiyanın şimal-qərb bölgəsində yerləşən Ağ dənizdən atılan raket ölkənin Uzaq şərq bölgəsində Kamçatkada hədəfi məhv edib.

Məlumat üçün bildirək ki, Moskva Termal Texnologiya İnstitutunun 1998-ci ildən bəri apardığı araşdırmalar nəticəsində inkişaf etdirilən qitələrarası raket sistemi (SS-NX-30) 10 ədəd nüvə başlıq daşıya bilir. Uzaqmənzilli raketlər atıldıqdan sonra yüksəkliyi və hədəfi dəyişə bilir.

Raketlərin istifadə olunduğu sualtı gəmilərin istehsalını davam etdirən Rusiya Dəniz Qüvvələri bununla da yeni strategiya mərhələsinə qədəm qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm