İŞİD qurbanlarının kütləvi qəbiristanlığı tapıldı – VİDEO
Bizi izləyin

Dünya

İŞİD qurbanlarının kütləvi qəbiristanlığı tapıldı – VİDEO

Mosulda İŞİD terror təşkilatının öldürdüyü insanların basdırıldığı iddia edilən kütləvi qəbiristanlıq tapılıb.

Publika.az xəbər verir ki, Kürdüstan Demokratik Partiyasının (KDP) Mosul sözçüsü Səid Memo “AA”ya verdiyi açıqlamada deyib: “Peşmərgə qüvvələri Mosulun Zemar nahiyəsində 35 yezidinin basdırıldığı kütləvi qəbiristanlığı tapıb. Meyitlərin geyimlərindən onların yezidilərə məxsus olduğu müəyyənləşib”.

Qəbiristanlıqda qadın və uşaq meyitləri də aşkarlanıb. Memo həmin şəxslərin İŞİD-in avqust ayında bu bölgədən keçən zaman öldürüldüklərini qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm