Poroşenko rus qoşunu barədə kəşfiyyat məlumatı açıqladı
Bizi izləyin

Dünya

Poroşenko rus qoşunu barədə kəşfiyyat məlumatı açıqladı

Rusiya qoşunların 70 faizini Ukrayna ərazisindən çıxarıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident Pyotr Poroşenko bildirib.

“Bizim kəşfiyyat məlumatlarımıza görə, Rusiya qoşununun 70 faizi Ukrayna ərazisindən çıxarılıb”, - Ukrayna dövlət başçısı deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl TSN kanalına eksklüziv müsahibəsində Ukrayna baş naziri Arseniy Yasenyuk sülh üçün Kiyevin şərtlərini açıqlayıb.

O qeyd edib ki, Ukraynanın şərqində real barışığın əldə olunması üçün 3 şərt yerinə yetirilməlidir: “Hazırda atəşkəs kimə lazımdır? Onlara lazımdır ki, sağ qalmaq, yenidən qruplaşmaq və daha güclü olmaq istəyirlər. Ümumiyyətlə, üç şərtin yerinə yetiriləcəyi halda real barışıq mümkündür. Birincisi, atəşkəsə əməl olunur. İkincisi, Putin öz muzdlularını, ordusunu və hərbi texnikasını Ukraynadan çıxarır. Üçüncüsü isə, Ukrayna dövlət sərhədi üzərində nəzarəti tamamilə bərpa edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm