Sergey Şoyqu Moskvanın suallarını Kiyevin yadına saldı
Bizi izləyin

Dünya

Sergey Şoyqu Moskvanın suallarını Kiyevin yadına saldı

“Əgər Ukrayna silahlı qüvvələrin tətbiqi olmadan öz daxili problemlərini həll etməyə qərar versəydi, bu cür faciələr də olmazdı”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya müdafiə nazirliyi Sergey Şoyqu malayziyalı həmkarı Xişamuddinom Hüseynlə görüşdə Malayziyanın “Boinq-777” təyyarəsinin Ukrayna səmasında qəzaya uğramasını şərh edərkən deyib.

Rusiyalı nazir sərnişin təyyarəsinin qəzasına görə, bütün məsuliyyətin Ukrayna üzərinə düşdüyünü bildirib: “Çünki qəza Ukraynanın hava məkanında baş verib və buna görə də məsuliyyət tamamilə Kiyevin üzərinə düşür. Əminik ki, əgər Ukrayna silahlı qüvvələrin tətbiqi olmadan daxili problemləri həll etməyə qərar versəydi, ağır artilleriya, raket, aviasiya, helikopter və qırıcılardan istifadə etməsəydi, bu faciə də baş verməzdi”.

Xatırladaq ki, sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpa uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvü olub. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzlənməsinə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi sözçüsü Andrey Kartapalov və Rusiya Hərbi Hava Qüvvələrinin baş qərargah rəisi Makuşev laynerin qəzaya uğraması ilə bağlı bir müddət əvvəl yeni faktlar açıqlayıblar. Bildirilib ki, “Boinq-777” qəzaya uğrayarkən onu Ukraynanın “SU-25” qırıcı təyyarəsi müşayiət edib. Bu zaman onların arasındakı məsafə 5 kilometr olub. Kartapalov jurnalistlərə “Bu məsafədən isə SU-25 qırıcılarındakı “hava-hava” tipli raketlərlə mülki təyyarəni vurmaq mümkün idi. Niyə hərbi qırıcı mülkü avialaynerlə eyni hava dəhlizində olub” sualı ilə müraciət edib.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın 4 “Buk-M1” zenit-raket divizionu var. Hadisə günü həmin komplekslərin yerdəyişməsi qeydə alınıb.

ABŞ isə iddia edir ki, hərbi peyk özünümüdafiə dəstələrinin Malayziya təyyarəsinə raket atdığı anı çəkiblər. Amerika kəşfiyyatı “torpaq-hava” tipli raketin uçuşunu qeydə alıb. Bu tip raketlər həm üsyançılarda, həm də Ukrayna ordusunda mövcuddur.

Rusiya müdafiə naziri malayziyalı həmkarı ilə görüşdə qeyd edib ki, təyyarə qəzası ilə bağlı Ukrayna tərəfinə suallar ünvanlayıb və onlardan heç birinə indiyədək cavab verilməyib.

Sövbət isə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovun Ukrayna Silahlı Qüvvələrinə ünvanladığı 10 sualdan gedir.

Həmin suallar isə aşağıdakılardır:

1.Ukrayna hakimiyyəti faciənin gunahkarlarını bir anda müəyyənləşdirdi və onların fikrincə, bunlar “özünümüdafiə qüvvələri”dir. Bu iddianın əsasını nə təşkil edir?

2.Rəsmi Kiyev döyüş əməliyyatları aparılan ərazidə “Buk” zenit-raket komplekslərinin olmasının bütün detallarını açıqlaya bilərmi? Bir halda ki, “özünümüdafiə qüvvələri”ndə təyyarə yoxdur.

3.Beynəlxalq komissiyanın formalaşması üzrə Ukrayna hakimiyyətinin fəaliyyətsizliyi nə ilə bağlıdır?

4.Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri “hava-hava” və “yer-hava” zenit-raket kompleksləri barədə sənədləri ekspertlərə təqdim etməyə hazırdırmı? Bu, çox əhəmiyyətli sualdır. Bu, bizə “Boeing 777”yə qarşı hansı zenit-raket kompleksindən istifadə edildiyini öyrənməyə imkan verəcək.

5.Hadisə baş verən gün Ukrayna Hərbi-Hava Qüvvələrinin hərbi təyyarələrinin yerdəyişməsi haqqında obyektiv məlumatlar beynəlxalq komissiyaya veriləcəkmi?

6.Ukrayna dispetçerləri təyyarənin şimal marşrutuna keçməsinə niyə razı olmadılar?

7.Hərbi əməliyyatlar aparılan ərazi mülki təyyarələri üçün niyə tamamilə bağlanmamışdı?

8.Rəsmi Kiyev ispan dispetçerinin sosial şəbəkədəki xəbərini şərh edə bilərmi? O, qeyd edib ki, “Boeing 777”i Ukraynanın iki hərbi təyyarəsi müşayiət edirdi.

9.”Boeing” ekipajı ilə Ukrayna dispetçerlərinin danışıqları niyə beynəlxalq nümayəndələrin iştirakı olmadan araşdırılmağa başlanılıb?

10.Rusiyanın “TU-154” təyyarəsinin Qara dəniz üzərindəki əvvəlki analoji qəzanın dərslərini Ukrayna niyə almayıb? Ukraynanın rəhbərliyi son ana qədər bu faciədə özünün iştirakını inkar edirdi. Amma biz təkzibedilməz faktları ortaya qoyduq və sübut etdik faciənin həqiqi gunahkarı Ukraynadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm