Donbasın “xüsusi statusu” haqqında qanun layihəsi hazırlanıb
Bizi izləyin

Dünya

Donbasın “xüsusi statusu” haqqında qanun layihəsi hazırlanıb

Ukraynanın şərqindəki regionların “xüsusi status” haqqında qanun layihəsi gələn həftə Ali Radaya təqdim ediləcək.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident Pyotr Poroşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, bu layihə Ukrayna dövlətinin nəzarəti altında olan ərazilərin sülhə qayıdışını təmin edəcək. Qanun layihəsinin mətni hələ dərc olunmayıb.

Dünən isə Ukrayna prezidentinin məsləhətçisi Yuri Lusenko Donbas hövzəsinin yalnız üçdə birinə Ukraynanın tərkibində “xüsusi status” verilə biləcəyini deyib.

“Üçtərəfli əlaqə qrupu tərəfindən Milnskdə qəbul edilmiş protokolda aydın şəkildə bu göstərilib. Söhbət iki vilayətin xüsusi statusundan getmir. Orada aydın şəkildə yazılıb ki, vilayətlərin Ukrayna hakimiyyətinin nəzarətində olan hissələrindən söhbət getmiur”, - “Pyotr Poroşenkonun Bloku” Partiyasının lideri Yuri Lusenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm