ABŞ dəhşətli silahın yeni versiyasını hazırlayır
Bizi izləyin

Dünya

ABŞ dəhşətli silahın yeni versiyasını hazırlayır

ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı Konqresdən 16,5 milyon dollar əlavə vəsait tələb edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu vəsaitin “GBU-57” MOR (Massive Ordnance Penetration) çoxtonlu bombaların modernləşdirilməsinə xərclənməsi planlaşdırılır.

“GBU-57” MOP 2011-ci ildə ABŞ ordusunun silahlanmasına qəbul edilmiş və İran ilə Şimali Koreyanın yeraltı hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Hərbçilər döyüş sursatının hansı yeniliklərə məruz qalacağını açıqlamır. Yalnız məlumdur ki, bombalar “konkret məsələ”nin icrası üçün dəyişdiriləcək.

ABŞ “GBU-57” MOP antibunker aviasiya bombasının hazırlamasına 2007-ci ildə başlayıb. Bu işlə ABŞ-ın "Boeing" aviatikinti konserni məşğul olub. ABŞ Müdafiə Nazirliyində iddia edirlər ki, sözügedən döyüş sursatları İran və Şimali Koreya ərazisindəki və nüvə silahının hazırlandığı iddia olunan yeraltı obyektlərin məhvi üçün xüsusi olaraq yaradılıb.

“GBU-57” MOR bombalarının uzunluğu təxminən altı metr, kütləsi isə 13,6 tondur. Bombanın döyüş hissəsi 2,5 ton təşkil edir. İddiaya görə, döyüş sursatının birinci versiyası partlamamışdan əvvəl 60,9 metr möhkəmləndirilmiş betonu dağıda bilirdi. “GBU-57” MOR modernləşdirilən aviasiya döyüş sursatıdır. Hazırda bu bombalar “B-1B Lancer”, “B-52 Stratofortress” və “B-2 Spirit” Amerika bombardmançı qırıcıları ilə daşınır.

2012-ci ilin əvvəlində ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, “GBU-57 MOR bombalarının imkanları İranda yeraltı bunkerlərdə gizlədilən hərbi obyektlərin məhv edilməsi üçün kifayət etməyə bilər. Bundan sonra döyüş sursatının tamamlanması üçün “Boeing”lə yeni müqavilə imzalandı. Razılaşmanın dəyəri 82 milyon dollar təşkil etdi.

“GBU-57” MOP bombasının modentləşdirilməsi işi 2013-cü ilin yanvarında başa çatdı. Tamamlanmış bombaya dəyişdirilmiş konstruksiya ilə yeni stabilizatorlar və ikinci partlayıcı əlavə olundu. Bu yeraltı obyekti daha yaxşı vurmağa imkan verirdi.

Modenləşdirilən döyüş sursatlarının sınaqları “Uayt-Sendz” poliqonunda 2012-ci ilin sonunda keçirildi və uğurlu alındı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm