Bjezinski: “Putin strategiyasını yenidən fikirləşməli olacaq, əgər…”
Bizi izləyin

Dünya

Bjezinski: “Putin strategiyasını yenidən fikirləşməli olacaq, əgər…”

“Biz Ukraynaya silah yardımı etməliyik. Ona görə yox ki, Ukrayna Rusiyaya hücum etsin, bu silahlar ölkəyə özünümüdafiə üçün lazımdır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin dövlət təhülkəsizliyi məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski deyib.

Amerikalı analitik fikrincə, Ukrayna daha effektli şəkildə qoruna bilsə, Rusiya tərəfi üçün hərbi müdaxilənin qiyməti daha da artacaq. Z.Bjezinski əmin olduğunu bildirib ki, bu halda Rusiya prezidenti Vladimir Putin öz strategiyasını yenidən fikirləşməli olacaq. O, Putinin mövqeyini “köhnəlmiş” adlandırıb.

Avrasiya İqtisadi İttifaqı timsalında SSRİ-nin bərpası ilə bağlı iddiaları şərh edən Bjezinski Putində heç nəyin alınmayacağını vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko NATO-nun Uels saamitinin nəticələrinə əsasən ittifaqın bəzi ölkələrinin Ukraynaya yüksək dəqiqlikli ölümcül silahları verməyə hazır olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm