İraq ordusu İŞİD-in əsas qalasına hücum edib
Bizi izləyin

Dünya

İraq ordusu İŞİD-in əsas qalasına hücum edib

Müqtəda əs-Sədrin “Mehdi Ordusu” Tikritin qərbində İŞİD qüvvələri ilə savaşır.

İraq ordusu və könüllü özünümüdafiə dəstələri İŞİD qüvvələrinə qarşı hücumları intensivləşdirir.

Türkiyə telekanallarının məlumatına görə, Amirli, Süleymanbəy və Tuzhurmatı qəsəbələrindən İŞİD-i sıxışdırıb çıxaran İraq ordusu və könüllülər Tikritə hücum edib.

İŞİD qüvvələrinin son hücumlarda ağır itkilər verdiyi bildirilir. Məlumatda o da qeyd olunur ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” qüvvələri Tikritin qərbində yerləşən İŞİD birliklərini sıxışdırıb. İntensiv döyüşlər hazırda Tikritin qərbində davam edir.

Bu arada bir neçə ay İŞİD-in nəzarətində olan Mosul şəhərində İŞİD yaraqlıları tərəfindən qətlə yetirilənlərin kütləvi məzarlıqları aşkarlanıb.

Kütləvi məzarlıqlarda qadın, uşaq və gənc olmaqla müxtəlif yaş qrupundan olan insanların cəsədləri tapılıb.

müsavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm