Putin Poroşenko ilə gizli sövdələşmə bağlayıb
Bizi izləyin

Dünya

Putin Poroşenko ilə gizli sövdələşmə bağlayıb

“Poroşenko Ukraynadan qoşunların çıxarılmasıyla bağlı gizli danışıqlar aparıb”.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın “Vətəndaş Mövqeyi”nin lideri, deputat Anatoli Qriçenko öz Feysbuk profilində qeyd edib.

O, Putinin sözünə əməl edəcəyi halda Ukraynanın uğura imza atacağını bildirib:

“Dünən Almaniya Xarici İşlər naziri bildirib ki, Ukrayna ilə Rusiya arasında Ukrayna ərazisindən rus qoşun və avadanlıqlarının çıxarılmasına dair saziş var. Bu, yaxşı xəbərdir, çünki rus qoşunları çıxarılmadan dünyanın istənilən ərazisində sülhdən söhbət gedə bilməz. Əgər Putin qoşunların çıxarılması ilə bağlı Poroşenkoya söz veribsə və sözünə əməl edəcəksə, bu, böyük uğurdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm