Dünyanın ən böyük pomidoru
Bizi izləyin

Dünya

Dünyanın ən böyük pomidoru

ABŞ-ın Minnesota ştatının sakini Den Makkoy dünyanın ən böyük pomidorunu yetişdirib. Trend-in xaricə KİV-ə istinadən verdiyi məlumata görə, pomidorun çəkisi təqribən 3,8 kiloqram təşkil edib.

Fermer ümid edir ki, Ginnesin Rekordlar Kitabının nümayəndələri noyabrın 1-dək bu rekordu qeydə alacaqlar. D.Makkoy yetişdirdiyi pomidora "Böyük Zak" adı verib.

O, qeyd edib ki, nəhəng pomidorun toxumlarının bir qismini fermerlərə paylayacaq, qalanını isə xeyriyyə hərracına çıxardacaq.

Xatırladaq ki, buna qədər dünyanın ən böyük pomidorunun çəkisi 3,5 kiloqram olub. Onu Oklahoma ştatının fermeri Qordon Qrem 1986-cı ildə yetişdirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm