Gürcüstan Ukraynaya humanitar yardım göndərir
Bizi izləyin

Dünya

Gürcüstan Ukraynaya humanitar yardım göndərir

Gürcüstan Ukraynaya humanitar yardım göndərəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Əmək, Sağlıq və Sosial Müdafiə naziri David Sergeyenko çıxış edib.

O, artıq humanitar yardımla bağlı bütün prosedurların başa çatdığını bildirib. Nazir göndəriləcək yardımın içərisində diabet xəstələri üçün dərmanların, uşaqlar üçün vaksinlərin, eləcə də ilkin tibbi yardım üçün avadanlıqların olduğunu deyib. D.Sergeyenko humanitar yardımın 300 min dollar həcmində olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm