Müdafiə naziri: “Ebola Liberiyanı yer üzündən siləcək”
Bizi izləyin

Dünya

Müdafiə naziri: “Ebola Liberiyanı yer üzündən siləcək”

Liberiyanın müdafiə naziri BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Ebola virusu epidemiyası onun ölkəsinin mövcudluğunu sual altına qoyub.

Virtualaz.org saytı xəbər verir ki, müdafiə naziri beynəlxalq ictimaiyyəti Liberiyaya yetərli kömək göstərməməkdə ittiham edib.

Nazirin bildirdiyinə görə, ölkədə Ebola virusundan ölənlərin sayı 2300-ü keçib, üstəlik bu ölümlərin yarısı son üç həftədə baş verib.

Müdafiə naziri Samukay bildirib ki, onun ölkəsi Ebola epidemiyasına qarşı mübarizə aparmaq üçün yetərli infrastruktura, loqistikaya və peşəkarlara malik deyil.

Qeyd edək ki, Liberiyada Ebola virusuna azı 160 tibb işçisi yoluxub və onlardan yarısı ölüb. Xəstəxanalarda yer çatışmır. Virusa yoluxanların çoxunu evə göndərirlər və onlar orada xəstəliyi yaymaqda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm