Ukrayna təyyarələrini vuran rus hərbçiləri tutuldu
Bizi izləyin

Dünya

Ukrayna təyyarələrini vuran rus hərbçiləri tutuldu

Ukraynanın şərqində Rusiya silahlı qüvvələrinin iki hərbi qulluqçusu saxlanılıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri antiterror əməliyyatları zonasında Ukrayna təyyarələrinin məhv edilməsində şübhələ hesab olunur.

“Terrorçularla mübarizə üzrə operativ tədbirlərin keçirilməsi zamanı “Luqansk-1” batalyonunun döyüşçüləri tərəfindən Rusiya Federasiyası silahlı qüvvələrinin iki hərbi qulluqçusunu saxlayıb. Onlar Ukrayna silahlı qüvvələrinin aviasiyasına qarşı daşınabilən zenit-raket komplekslərin tətbiqində şübhəli sayılan şəxslərdir”, - A.Lısenko qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm