Rusiya İran neftini alır – Qərb çətinə düşür
Bizi izləyin

Dünya

Rusiya İran neftini alır – Qərb çətinə düşür

“İranla xam neft alışı mövzusunda razılaşma mümkündür”.

Axar.az xəbər verir ki, bu sözləri İranda rəsmi səfərdə olan Rusiyanın Enerji naziri Aleksandr Novak həmkarı Hamid Çitçiyanla görüşündə bildirib.

40 şirkəti təmsil edən 100-dən çox iş adamı ilə Tehrana gələn rus nazir 5 illik razılaşmanın reallaşacağı təqdirdə İranın Rusiyaya gündəlik 500 min barrel neft ötürəcəyini qeyd edib.

“Röyter”in məlumatına görə, razılaşma baş tutarsa, İrandan gələn neft Rusiya vasitəsi ilə dünya bazarına çıxarılmış olacaq və bununla da Qərbin tətbiq etdiyi sanksiyalar heçə enəcək.

Bu arada Ağ Ev sözçüsü Cey Karney mübadilə razılaşmasının reallaşacağı təqdirdə Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcəyini bildirib.

Buna cavab olaraq Kreml sözçüsü Dmitri Peskov ölkəsinin hər addıma qarşılıq sanksiyalarla təhdid edilməsini tənqid edərək, digər ölkələrlə əməkdaşlıqdan vaz keçməyəcəklərini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm