Türkiyədə kürd məktəbi açıldı
Bizi izləyin

Dünya

Türkiyədə kürd məktəbi açıldı

Türkiyədə ilk kürdcə ibtidai məktəb açılıb.

Axar.az-ın məlumatına görə, Kürd Dili Araşdırma və İnkişaf Dərnəyinin dəstəyi ilə Diyarbəkir, Şırnak və Hakkaridə təsis edilən məktəblərdə tədris kürd dilinin qurmancı və zaza ləhcəsində olacaq. Məktəblərin açılması Diyarbəkirdə keçirilən mətbuat konfransında elan edilib. Dərnəyin rəhbəri Səbahəddin Gültəkin deyib ki, tədris ilinin ilk həftəsi boykot olunacaq. S.Gültəkin bunu Türkiyə hökumətinin Yüksekova və Cizrə bölgələrində də eyni məktəblərin açılması tələbi ilə əsaslandırıb.

Diyarbəkir valisi Mustafa Cahid Kıraç isə deyib ki, kürdcə yalnız seçilmiş dərs olaraq keçiriləcək:

“Qanuna görə, türkcədən başqa dildə təhsil vermək bu gün hüquqi baxımdan mümkün deyil. Ancaq kürdcə seçilmiş dərs kimi təhsil ala bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm