AB Rusiya qərarını yenidən təxirə saldı
Bizi izləyin

Dünya

AB Rusiya qərarını yenidən təxirə saldı

Avropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların tətbiqini yenidən təxirə salıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İTAR-TASS xəbər agentliyinə AB-nin xarici siyasət xidmətinin mətbuat xidmətində bildirilib.

“Məhdudlaşdırıcı ölçülərin tətbiqi haqqında qərar qəbul edilməyib. Bu məsələlərin müzakirəsi 11 sentyabrda Avropa Birliyinin 28 ölkəsinin daimi nümayəndələr komitəsinin iclasında davam etdiriləcək”, - mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, AB 8 sentyabrda Rusiyaya qarşı sektor üzrə sanksiyalarının genişləndirilməsini bəyənib. Ancaq onların qüvvəyə minməsini bir neçə günlük təxirə salıb.

“Financial Times” qəzetinin AB-dəki mənbələrinə istinadən yazdığına görə, Rusiyaya qarşı sanksiyalar barəsində qərara Finlandiya tərəfindən veto qoyulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm