• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

11 Sentyabrın 13 ili: Bin Ladendən əl-Bağdadiyə - Video

  • Dünya
  • 11 Sentyabr 2014 01:17
  • 695 Baxış
11 Sentyabrın 13 ili: Bin Ladendən əl-Bağdadiyə - Video

Bu gün 11 sentyabr hadisələrindən 13 il ötür. O tarixdən ki, Amerikanın Yaxın Şərq və Ərəb yarımadası üzrə yeni siyasi strategiyasının başlanğıcı oldu.

Axar.az xəbər verir ki, bu gün də 11 Sentyabr terroru bir rüzgar kimi əsməkdə davam edir. Üsəma bin Ladendən əl-Bağdadiyə qədər inkişaf edən “islam terroru” adı altında bir müstəmləkə, bir işğalçılıq siyasəti yürüdülür. Regionda təlatümləri səngiməyə qoymamaq naminə yeni-yeni marginal qruplar, zombiləşmiş “cihadçı şəbəkələr”, “kamikadze müsəlmanlar”, “başkəsən İŞİD-çilər”, “əl-qaidələr” yetişdirilir. Bu dəhşətli terror aktı ABŞ üçün Əfqanıstandan İraqa, Suriyadan Liviyaya qədər uzanan bir neoimperiya siyasətinin arqumenti oldu. Vaxtilə yetişdirilən və daha sonra nəzarətdən çıxan bin Ladenin yerini bu gün Quantanamo həbxanasında “verborvka” edilmiş əl-Bağdadi tutur.

Onun Makkeynlə olan fotosu da təsdiqləyir ki, İŞİD liderini kimlər himayə edir və təlimatlandırır.

Axar.az olaraq bu aktual tarixi yada salaraq, qeyd edək ki, 2001-ci il sentyabrın 11-də Əl Qaidə terrorçuları dörd sərnişin təyyarəsini ələ keçiriblər. Onlar təyyarələrdən ikisini Nyu Yorkdakı Dünya Ticarət Mərkəzininin qüllələrinə, digər ikisini isə Pentaqon və çox güman ki, Ağ Ev və ya Kapitoliyə yönəldiblər. Sonuncu istisna olaraq, bütün təyyarələr hədəfə çatıb.

“93-cü reys” kimi tanınan dördüncü təyyarə isə Pensilvaniya ştatındakı Şankssvill şəhəri yaxınlığında qəzaya uğrayıb. İstintaqın məlumatına görə, ələ keçirilən təyyarənin sərnişin və heyət üzvləri terrorçulara müqavimət göstəriblər və Vaşinqtonda ikinci terror aktı baş tutmayıb. Beləliklə, təyyarə insanların olmadığı yerdə qəzaya uğrayıb, göyərtəsindəkilərin hamısı həlak olub.

Ümumiliklə 11 Sentyabr terroru nəticəsində 2974 nəfər həlak olub, 24 nəfər itkin düşüb. Terror zamanı 19 terrorçunun da öldüyü bildirilir. Hər il sentyabrın 11-də Amerika xalqı bu günü yad edir, ölən və itkin düşənlərin xatirəsinə şam yandırılır...

Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq bir qədər sonra rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başladı. NATO-nun bu ölkədə uzun müddət çəkən hərbi əməliyyatlarından sonra 2 may 2011-ci il tarixində bin Laden 54 yaşında xüsusi əməliyyatlar nəticəsində Pakistanda gizləndiyi evində öldürüldü. Hazırda isə NATO Əfqanıstanda təhlükəsizliyi əfqan qüvvələrinə təhvil verərək ölkəni tərk etməyi planlaşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR